“Əliyevə Böyük Azərbaycan vəd olunub” – erməni məntiqi

16-09-2022, 08:38           
“Əliyevə Böyük Azərbaycan vəd olunub” – erməni məntiqi
Düşmən məkrlidir. Təbii ki, öz ideoloji təbliğatını da bu məkr üzərində qurur. Bununla belə, biz öz müdafiəmizi düzgün qura bilmək üçün düşmənin bizim haqqımızda nə düşündüyünü də bilməliyik. Məhz bu üzdən erməni politoloq Stepan Danielyanın Azərbaycanla Ermənistan arasında baş verən son müharibənin əsl səbəbi barədə analizini diqqətinizə çatdırmaq istəyirəm.
Stepan Danielyan öz facebook paylaşımında yazır:
“Məncə, nə baş verdiyi aydındır:
- İran deyir ki, son hadisələr ona qarşı yönəlib.
- Rusiya deyir ki, onu Cənubi Qafqazdan zorla çıxarmaq istəyirlər.
- Blinken Azərbaycanın təcavüzünü çox yumşaq şəkildə səciyyələndirir və deyir ki, uzunmüddətli sülh bərqərar olmalıdır, yəni Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul etməli və təbii olaraq bütün Zəngəzuru türk dəhlizinə çevirməlidir”.
Hər kəsin açıq kartlarla oynadığını vurğulayan politoloq hesab edir ki, Brüssel danışıqlarının əsas məqsədi Ermənistana İran sərhədindən imtina etməsini qəbul etdirməkdir:
“Ermənistan İran sərhədindən imtina edərsə növbəti addım Şimali İranda azərbaycanlıların qiyamını qaldırmaq olacaq. Bununla da İran Azərbaycanla müharibəyə cəlb olunacaq və təcavüzkar tərəf kimi hər tərəfdən döyüləcək, beləcə, nüvə proqramı məsələsi də bağlanacaq. Bunun müqabilində isə Əliyevə böyük Azərbaycan vəd olunur, əgər təbii ki, Azərbaycan İİR-RF-nin birləşmiş cəbhəsi tərəfindən (Ukraynada, Bakıya göstərilib ki, bu baş verə bilər) məhv edilməsə, biz heç nə qazanmayacağıq, ancaq itirəcəyik”.
Heydər Oğuz
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru