Zəngəzur şəhidinin alçaldılan qardaşı, Həbib, Eynulla və böyük işlərə mənəvi zərbə...
16-09-2022, 18:00
Bu gün daha yeddi şəhid verdik...
Prezident ilham Əliyev isə Şanxayda başı dik Zəngəzur yolunun əhəmiyyətindən danışır...
...Bilən bilir, son üç günün döyüşlərində Azərbaycan ordusu Naxçıvana 40 km-lik quru yolun 20 kilomtrini götürüb. Qalıb 20 kilometri. Bu, dünənəcən belə idi, indi yəqin kilometrajda da azalıb, daha irəli gediblər. Bu çox ciddi, çox əhəmiyyətli, tarixi hadisədir.
Bəs Bakıda nə baş verir?
İsti kabinetlərdə oturub görülən işlərə, kölgə salır kimlərsə. Dövlət başçısının şəhid ailələrinə münasibətinə xələl gətirilir. ZƏNGƏZUR ŞƏHİDİNİN qardaşının rüşvət faktı barədə məlumatına görə hamıdan üzr istədib, video çəkib yayırlar.
Bəli, məhz bu üzdən dövlət qurumlarına kimsə, rüşvət faktı demir, vermir. Çünki ikiqat zərərə düşür, ziyan çəkir. Ona görə də bu mərəz səngimir ölkədə.
Nə boyda qələbə qazanılır, qazanılsın insanların üzü gülmür, içi sevinmir. Gəlirəm üzr videosuna. Gün ərzində kimsə yazmadı ki, axı bu videonu Həbib Müntəzir paylaşdı. Eynullanın şəklinə paralel.
Yazdım ki, proses haqda təhminlərimi sizlərlə bölüşürəm. Eynulla Fatullayev rusdillidir, ingilisdillidir, ən yaxşı reklam bazarı sahibidir, onun əliylə çoxlu işlər həmişə görülüb və normal həyatını yaşamaqdadır. Gördüyü işlər təbii ki, ona da, həmin işin sahiblərinə də həmişə qazandırıb. İndi nə baş verir?
Əvəz Zeynallı oyunu, onun informasiyalı və əlaqəli adam obrazını yerlə bir elədi. Eynulla bunun fərqində idi. Amma imtina hüququ olmadı. Ona başqalarına edilən güzəşti etmədilər.
Anlyacağınız, Eynullanın məqsədi o şəhid qardaşı ilə görüşüb, özünün ictimai rəydə dağılan nüfuzunu toparlamağa çalışdı. Amma planladığı o humanist çəkilişi edə bilmədi. Niyə? Guya şəhid qardaşı bütün gün danışıb, yorulub deyə. Əslində Eynullanı düşdüyü labirintdən çıxmağa qoymadılar. Hətta onu bu dəfə açıq vurdular. Eyni görüş yerində üzr videosu çəkib, ikinci müəmma adam, Həbib Müntəzlə dövriyyəyə saldılar.
Amma bir adam çıxıb sual eləmədi ki, videonu Həbibə kim çatdırıb? İndiki məntiqlə Eynulla Fətullayev. O iki gün əvvəl Sevinc Osmanqızının efirində idi. O efirə diqqətlə baxın. E.Fətullayevin çıxışında çoxlu siyasi səhvlər var. Həbib və Sevinc. Azərbaycanın dövlət maraqlarına zidd iki adam, üstəgəl alçaldılmış Zəngəzur şəhidinin ailəsi. Bu ölkədə bu gün çox həssas olan şəhid ailəsi institutunun laxlaması deməkdir. Rasim Məmmədovun istintaqa ikinci ifadəsindəki Türkiyə kəşfiyyatı məsələsi isə daha böyük məsələdir.
Niyəsə altıncı hissim mənə deyir ki, haqqın.az-ı "Zerkolo", ANS, APA, "Azadlıq" qəzeti, zamanında "Yeni Musavat"a oynanan oyunlardan daha ağır oyun gözləyir. Həbsdən çox qorxan biri üçün bu dəhşətli son ola bilər. Ən acınacaqlısı odur ki, E.Fətullayev sadaladığım media quruluşlarının heç birinin rəhbərindən daha artıq ictimai nüfuza sahibi deyil. Onu "əzib krçmək" və sahib olduğu hər şeyi əldə eləmək üçün çoxlu sayda "dostları" var...
...və...
...Bu gün daha yeddi şəhid verdik!
Prezident ilham Əliyev Şanxayda Zəngəzur yolunun dünyaya və bölgəyə əhəmiyyətindən danışdı!
Bilən, bilir, son üç gündəki döyüşlərdə Azərbaycan ordusu Naxçıvana 40 km-lik quru yolun 20 kilometrini qanıyla, canıyla alıb. Qalıb 20 kilometrdən də az məsafə...
...Bakıda isə ZƏNGƏZUR ŞƏHİDİNİN ailəsi üzərindən oyun oynayırlar. Mən öz peşəmdə, media sektorunda ƏDALƏTLİ İNQİLAB istəyirəm. Bu inqilab gecikmədən olsun...
Jalə Mütəllimova
16.09.2022