Müəllim diplomu ilə diş həkimliyi edən "ağıllı"-lar
13-05-2015, 10:23
- Son zamanlar ölkədə işsizliklə əlaqədar olaraq kim hara gəldi kiminsə müqəddəs peşəsinə mane olmaqla işləməyə çalışır. Həmin iş yerini özünün qazanc mənbəyinə çevirir. İctimaiyyət isə müqəddəs peşəyə “soxulanlar”dan yalnız əlinə qələm alan cızmaqarçılardan danışır. Əslində bu belə də olmalıdır. Cünki jurnalistika əsl ziyalı peşəsidir. Lakin ondan da betərləri var. Məsələn, ölkədə “diş həkimliyi”ni də özünə peşə bilənlər saysızdır. Texniklik üçün əlində bir parça kağızı olmayanlar da “diş həkimliyi” ilə məşğuldur. Hansı ki, onların ağız boşluğuna daxil olmasına qətiyyən icazə verilmir. Bunun özü bir cinayət əməlidir.
Bəzən isə həmin “həkimlər” məşğul olduğu bu sahəyə görə vergi ödədiklərindən danışırlar. Bəli, vergini o adam verə bilər ki, onun diş həkimliyi, diş texnikliyi haqqında əlində sənədi olsun.
DİA.AZ xəbər verir ki, Qazax şəhərində bu sənətlə məşğul olnlardan biri də Cabbar Cəlilovdur. O ixtisasca bədən tərbiyəsi müəllimidir. Dəmirçilər kənd tam orta məktəbində fəaliyyət göstərir. Şəhərin mərkəzində “Ağ evlər” deyilən yerdə mənzil də alıb. Diş həkimliyi və texnikliyi haqqında 1 qram anlayışı belə yoxdur. Üstəlik, diş kökünün istiqaməti bu “həkim” üçün tam qaranlıqdır. Neçə-neçə insanlar Cabbar Cəlilovun “diş həkimliyindən” bu gün də əziyyət çəkirlər.
Əslində Cabbarın işlədiyi yer də antisanitariya şəraitindədir. Burada hər cür xəstəliyə tutulmaq elə də çətin deyil. Iş otağında adicə su belə yoxdur. Su olmayan iş yerində nədən danışmağın mümkün olmadığını Cabbarın özü daha yaxşı bilir.
Qeyd etdiyimiz kimi saxta diş həkimi Qazaxın Dəmirçilər kəndində bədən tərbiyəsi müəllimi işləyir. Maraqlıdır ki, bu adam bütün günü gəlir mənbəyinə çevirdiyi “həkimliklə” məşğuldur. Bəs onda onun yerinə kim dərs aparır? Bu haqda da düşünməyə dəyər.
Yəqin ki, hər gün neçə-neçə insanların ağız boşluğunda problemlər yaradan müəllim və “diş həkimi” Cabbar Cəlilov haqqında aidiyyəti orqanlar öz sözlərini desələr daha yetərincə olar.
Mövzunu diqqətdə saxlayacağıq.