Putinin "heyvan diplomatiyası" - 10 min hərbçi qarşılığında 70 heyvan... + VİDEO

22-11-2024, 10:24           
Putinin "heyvan diplomatiyası" -
Rusiya Pxenyanın mərkəzi zooparkına bir Afrika aslanı və iki qonur ayı da daxil olmaqla 70-dən çox heyvan göndərib.

"AzPolitika" xəbər verir ki, Kreml bu hədiyyəni “Rusiya Prezidenti Vladimir Putinin Koreya xalqına hədiyyəsi” kimi elan edib. Heyvanların daşınması prosesini Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov şəxsən öz üzərinə götürüb. Heyvanlar baytarların müşayiəti ilə Moskva zooparkından təyyarə ilə Pxenyan mərkəzi zooparkına aparılıb.

Qeyd edək ki, Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyanın Kursk vilayətinə 10 min əsgər göndərdiyi deyilir. ABŞ mətbuatının iddialarına görə, Şimali Koreya bundan sonra daha 10 min hərbçisini Rusiyaya göndərəcək. Şimali Koreya hərbi yardımdan əlavə, Rusiyaya tibbi ləvazimat və sursat da göndərir.

Xarici KİV-lər Putinin bu "jestini" "heyvan diplomatiyası" adlandırıb və 70 heyvan qarşılığında Şimali Koreyadan 10 min hərbçi aldığını yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru