Bitkoin 100 min dollara çatdıqdan sonra dəyərini itirəcək?

Bu gün, 09:34           
Bitkoin 100 min dollara çatdıqdan sonra dəyərini itirəcək?
Bitkoinin dəyəri rekord səviyyələrə çatır, lakin yaxın gələcəkdə bu kriptovalyutanın qiymətində azalma baş verə bilər.
İqtisadiyyat.az-ın məlumatına görə, bu, əsasən böyük investorların və hedc fondlarının marağı ilə bağlıdır.

Bitkoinin qiyməti 100 min dollara çata bilər, lakin gələcəkdə baş verəcək azalma spekulyantlar üçün çətinliklər yaradaraq zərərə və hətta bəzi hallarda iflasa səbəb ola bilər.

Ekspertlər hesab edir ki, bu azalma dünya iqtisadiyyatının vəziyyətindən və fond bazarındakı makroiqtisadi şəraitdən asılı olacaq.

Bitkoinin ümumi kriptovalyuta bazarındakı payı əhəmiyyətli dərəcədə artıb, bu da onun əsasən spekulyativ bir aktiv olduğunu göstərir. Digər tərəfdən, böyük investorlarda bu marağın azalması və ya likvidliyə ehtiyac fonunda aktivlərin satışı vəziyyətə təsir göstərə bilər.

Qeyd edək ki, 21 noyabrda Bitkoinin qiyməti 98 min dollarla yeni rekorda imza atıb. Bu artım ABŞ-də Donald Trampın prezident seçilməsindən sonra sürətlənib. Daha əvvəl Bitkoin 74 min dollarla maksimal həddə çatmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.