Nyu-York birjasını partlatmağı planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıb

22-11-2024, 09:28           
Nyu-York birjasını partlatmağı planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıb
"FTB əməkdaşları Nyu-York Fond Birjasını partlatmaq planı ilə bağlı Floridadan olan bir şəxsi saxlayıblar"

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Nyu-York Fond Birjasında partlayış planlaşdırmaqda şübhəli bilinən şəxsi saxlayıblar. AYNA xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

"FTB əməkdaşları Nyu-York Fond Birjasını partlatmaq planı ilə bağlı Floridadan olan bir şəxsi saxlayıblar", - məlumatda qeyd olunub.

“CBS News” məhkəmə sənədlərinə istinad edib. Sənədlər göstərir ki, ABŞ-ın cənub-şərqində yaşayan Harun Əbdül-Malik Yener bombalı terror üçün göstərişlərə əməl edib. İlkin məlumata görə, o, birjanı partlatmaq istəyib. O, özünü “Əl-Qaidə” terror təşkilarının keçmiş lideri Usamə bin Laden kimi hiss etdiyini söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru