Netanyahu bu ölkələrə gedərsə, həbs olunacaq
Bu gün, 10:34
İsveçrə və Niderland baş nazir Netanyahunun ölkələrinə səfər edəcəyi təqdirdə həbs ediləcəyini açıqlayıb.
İsveçrə İsrailin baş naziri Binyamin Netanyahunu ölkəyə səfər edəcəyi təqdirdə həbs edərək Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) təhvil verməyə hazırdır.
"RİA Novosti" xəbər verir ki, bu barədə İsveçrə Ədliyyə Nazirliyi məlumat yayıb.
Həmçinin cümə axşamı Niderlandın xarici işlər naziri Kaspar Veldkamp da bildirib ki, krallıq Netanyahunun ölkəyə səfər edəcəyi təqdirdə BCM-nin həbsinə dair əmri yerinə yetirəcək. “[Netanyahu] üçün həbs orderini icra edəcəyimiz çox aydındır”, - deyən Veldkamp eyni şeyin İsrailin keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə də aid olduğunu qeyd edib.
Noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi Qəzza zolağındakı vəziyyətlə əlaqədar İsrailin baş naziri Binyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalantın həbsinə order verib. Rəsmi sənəddə bildirilir ki, Məhkəməyə qədər Palatası 2023-cü il oktyabrın 8-dən gec olmayaraq, 2024-cü il mayın 20-dək törədilmiş insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər üzrə orderlərin verilməsi barədə qərar qəbul edib.