Nazirin dediyi 130 min boş iş yeri hardadır? - İqtisadçı ekspertdən açıqlama

Bu gün, 08:18           
Nazirin dediyi 130 min boş iş yeri hardadır? -
Bu gün Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında maraqlı açıqlama verib: "Cari ilin 10 ayında toplanmış vakansiyalar çərçivəsində 61 min aktiv vakansiya formalaşdıra bilmişik. Bu baxımdan, növbəti ildə 130 min nəfərin işə düzəltməsi hədəfinə nail ola biləcəyik”.

Dövlət Məşğulluq Agentliyinin təklif etdiyi vakansiyalar və növbəti ildə 130 min nəfərin işlə təmin olunacağı ilə bağlı bağlı söylənilənlərə ekspertdən rəy aldıq.

İqtisadçı ekspert Xalid Kərimli bu dayda iş yerinin boş olmadığını bildirib: "Bu qədər iş yeri heç bir yerdə boş deyil. Sadəcə, proqnoz verirlər. Boş olsaydı, çoxdan həmin yerlər tutulardı. Hesablayırlar ki, yeni iş yerləri açılacaq, yaxud da mövcud iş yerlərində işçiyə təlabat artacaq".

Ekspert bildirir ki, nazir iş yeri açmır, üstəlik Dövlət Məşğulluq Agentliyinin vasitəsi ilə çox az sayda vətəndaş işlə təmin olunur: "Əsas əmək bazarı özəl sektorlardır- onlayn işlər, reklam və müxtəlif işə düzəltmə şirkətləri və s. Bütün iş yerlərini dövlət təmin etmir. Yəqin nazir ümumi bazar haqqında proqnoz verib".

İqtisadçının sözlərinə görə, nazir işdən çıxarılanlarla bağlı da danışmalıydı: "Həm iş yerləri açılır, həm də iş yeri bağlanır. Nazir bağlanılan iş yerlərini və işini itirən şəxslərin sayını deməyib". (Qaynarinfo)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.