Batin alimi yazır: "Allahın Adı ilə" oxuyan Quran natiqləri kimlərdir?

22-11-2024, 08:24           
Batin alimi yazır: "Allahın Adı ilə" oxuyan Quran natiqləri kimlərdir?
Quranın Ələq surəsinin birinci ayəsində Allah peyğəmbərimizə - "Hər şeyi yaradan Rəbbin adı ilə oxumağı" əmr edir ki, burada "Allahın adı ilə oxumaq" dedikdə, sözlərin batini mənalarını açmaqla oxumaq nəzərdə tutulur. Məlumdur ki, Quranın hərfi, yəni zahiri mənalarından başqa, onun gizli, yəni batini mənaları da vardır və qədimdə bu sirləri yalnız hikmət və marifətullahı anlayan sufi arifləri bilmişlər. Tövratda sufilərin bu elmi "ilk insanların vahid səfa dili", Quranda isə Süleyman peyğəmbərə verilmiş "quş dili" adlanır.

Məlumdur ki, Tövrat kitabı yalnız samitlərlə yazılmışdır və ilk insanların məntiqində hər bir samit - rəmz rolunu oynayaraq, xüsusi məna ifadə edir və bu haqda mən "Batini-Quran" kitabımda tam təfərrüatı ilə izah vermişəm. Hər bir samit-rəmz, Allahın bəşəriyyəti xəlq etdiyi zaman, onun İlahla vəhdətindəki bir mahiyyətlə bağlıdır. Məsələn, "H", "X", "Q" və bənzər səslər - hər şeyi yaratmış ilkin materiyanın göydəki təbii vəziyyətini, "L" rəmzi el-obanı, aləmi, dünyanı, "T", "D" samitləri yaradanı, "M" səsi isə yaradılış prosesini və s. bildirir. Bu sufi məntiqində "İlah", yəni "El-Hu" rəmzi - ilkin materiya və onun yer kürəsində yaratdıqları ilə vəhdəti anlamındadır və Ələq surəsinin adı da İlah deməkdir. Allah sözü isə Süleyman peyğəmbərin bu "quş dilində" - İlahdan yaradılmış El, yəni El-İlah mənasında göydə yaradılmış el, dünya, aləm anlamındadır.

Türk mənbələrinə görə, göydə insan formasındakı ruhlar dünyasını Türk xanı yaratmışdır və mən internet səhifələrimdəki - "İlahdan Allah yaratmış Türk bəgi kimdir?" adlı məqalədə bu haqda yazmışam (sayt: https://firudin.blogspot.com/2024/03/ilahdan-allah-yaratms-turk-bgi-kimdir.html?m=1). Qədim Misir mənbələrində türk-teurqun (teo-orq) maqiya ilə göydə yaratdığı insan formalı Allah Atum (Adəm) adlanır ki, bu söz sufizmdə - "maqiya ilə xəlq edilmiş yaradan" deməkdir. Sufi piri iri və xırda buynuzlu heyvanları qurban kəsərək, teurqiya prosesi ilə onların ruhlarını "Hu" ilkin materiyası ilə "birləşdirmişdir". Məhz bu yolla ilkin materiyanı özünə tabe edən Türk bəgi, sufizmin "Bəqa" fazasında, yəni bəglik məqamında göydə - bütün hər şeyi öz "bədənində" birləşdirən kosmik Atum (Teo-Omm) Allahını xəlq edir. Sufi məntiqində atum, adəm rəmzləri maat, mad rəmzləri ilə eyni məna verir və peyğəmbərimizin Məhəmməd adı da batini mənada Məqam-Maat, yəni sufizmin bəglik məqamında yaradılmış Maat, Atum Allahı anlamındadır. Deməli, batini mənada Məhəmməd peyğəmbər - qədim Misirin kosmik Atum Allahının obrazıdır və mən - "Məhəmməd peyğəmbər - Bəglik məqamına yüksəlmiş Azəri piridir" adlı məqalədə bu haqda yazmışam (sayt: https://firudin.blogspot.com/2022/08/mhmmd-peygmbr-bglik-mqamna-yukslmis.html?m=1).

Bütün bunlardan çıxan nəticə odur ki, Quranda "Allahın adı ilə oxumaq" dedikdə - Allahın yaradılışı ilə bağlı proseslərə izah verərək oxumaq, batini mənaları açaraq oxumaq nəzərdə tutulur. Oxumaq sözü burada "ikra" rəmzi ilə qeyd olunur və bu da qədim Misir mətnlərindəki Qor rəmzidir. Bu rəmz Qor Allahının yolu ilə gedib, Atum dünyasında ölümsüzlük qazanmış ilk pir-fironlar nəslinə aiddir ki, məhz onlar vahid səfa dilini bilirdilər. Quran sözü də Qor rəmzindən yaranmışdır və İslamda bu "ikra", yəni oxuyanlar - karilər (kurra) kimi qeyd olunur. Mən internetdəki - “Oxuduğumuz Quran – həqiqi Quran deyil” adlı məqalədə bu haqda ətraflı məlumatlar vermişəm (sayt: https://firudin.blogspot.com/2023/05/oxudugumuz-quran-hqiqi-quran-deyil.html?m=1). Tövratda bu Qor Allahının "ikra" - oxuyanlar nəsli İzmailin anası Aqarın, yəni Həcərın nəsli adlandırılır. Başqa sözlə, Quranın batini mənalarını anlayan qədim Misirin Qor Allahının nəsli - İslamda "danışan Quran" adlandırılan ismaili natiqlərinin nəslidir. Tövratda bu Midiya izmaililərinin eli - Gelad, ərəb mənbələrində isə ifrat şiələrin Gelat (Qulat) eli kimi keçir. Quranın batini mənalarını bilən bu sufi-səfa qardaşlığının elmi - “hikmət və marifətullah”, onların Gelat eli isə Allahın Beytinə aid edilərək – “Beyt əl-elm vəl-marifət vəl-hikmət” adlanır. Başqa sözlə, "Allahın adı ilə oxuyan" ismaili natiqlərinin yurdu elə Midiya ismaililərinin Gelat elidir. Qədim Misir mənbələrində bu Gelat eli, Atum Allahının yaradıldığı Gel şəhəri kimi qeyd olunur. Batini mənada Gelat rəmzi də Gel-Teo, yəni "Yaradanın Gel eli" anlamını verir.
Mənbələrdə Gelat eli Xelat kimi də qeyd olunur ki, Xelat - Azərbaycan Atabəglər Ailəsinin malikanəsi olmuşdur. Başqa sözlə, "Allahın adı ilə oxuyanlar", yəni "ürəyinə elm verilmiş" ismaili natiqləri - Azərbaycan Atabəglər Ailəsinə mənsubdurlar.
Qurandakı "İkra bi-ismi Rəbbikə", yəni "Rəbbin adı ilə oxu" ifadəsindəki Rəbbikə rəmzi batini mənada Rəb-Bəg deməkdir. Belə çıxır ki, Quranda "İkra bi-ismi Rəbbikə" dedikdə - "Rəbbə çevrilmiş Bəgin adı ilə oxu" fikri başa düşülməlidir. Mən internet səhifələrimdəki - "Значение тайной имени еврейского Бога – YHWH" adlı məqalədə göstərmişəm ki, qədim mənbələrdəki əksər Allah adları "Bəg" rəmzinin müxtəlif variantlarıdır (sayt: https://firudin.blogspot.com/2023/08/yhwh.html?m=1). Bunlar isə onu deməyə əsas verir ki, Allahın adı ilə oxuyan peyğəmbərimiz də Azərbaycan Atabəglərinin Xelat eli ilə bağlıdır.
Digər tərəfdən, Məhəmməd rəmzi batini mənada həm də "Midiya maqı", yəni Midiya kahini mənasını verir və sufilər bu rəmz altında həm əvvəldə və həm də axırda gələn Allahı nəzərdə tuturlar. Mən - "Qurana görə axirətdə Allah gələcək" adlı məqalədə bu haqda yazmışam (sayt: http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html). Belə çıxır ki, sufizmdə Məhəmməd peyğəmbər axirətdə gələcək imam Mehdinin obrazıdır. Axirətdə gələcək məhz bu ismaili imamı, qədim yazıların batini mənalarını açaraq, İlahi həqiqətləri insanlara çatdıracaq.

Quranın Ələq surəsində, "rabbike vel ikram" rəmzi batini mənada - Rəbbin adı ilə oxuyan və "axirətdə gələcək Qor/Kari ümmətindən olan Rəb-bəg" deməkdir. Rəb-bəgin adı ilə oxuyan - Qor fironları (pirləri) nəslinin, yəni ismaili Qacar şahları nəslinin nümayəndəsidir ki, məhz onlar Tövratda vahid sufi dili verilmiş ilk xudalar adlanır. Tövrat bu yəhudiləri, yəni xudalar nəslini Yaqub və Rahilin övladları kimi qeyd edir. Mən - "Великие деяния сыновей Иакова и Рахиля" adlı məqalədə bütün qədim Allahların, padişah və peyğəmbərlərin, Azərbaycanın Gilar bəgləri nəslinə mənsub olmalarını yazmışam (sayt: https://firudin.blogspot.com/2023/04/blog-post.html?m=1).

Batini mənada Gilar rəmzi "Ra günəş Allahının Gel eli" mənasını verir və bu da elə Gel, Gelat elinin digər adıdır. Məhz bu Gel elində, sonradan Ra-Amon adlanan pir-firon Amon - kosmik Atum Allahını və onun daxilində Beytullah, yəni cənnət var etmişdir. İslamda əhli-Beyt dedikdə də, Beytullahın var olması üçün min illər xüsusi qurban ritualları keçirən Allahın bu seçilmişləri nəzərdə tutulur. Saqaleyn hədisindəki Allahın ağır əmanətləri də əslində bu əhli-Beyt və buradan çıxacaq "danışan Quran"dır və mən - "Əhli-beyt - Azəri pir-bəgləridir" adlı məqaləmdə bu haqda yazmışam (sayt: https://firudin.blogspot.com/2023/05/bugunku-ilahiyyatclar-hli-beyti.html?m=1).
Bütün bunlar o deməkdir ki, Quranda "ürəyinə elm verilişlər" adlandırılan bütün ismaili natiqləri - Azərbaycanın qədim Gilarau mahalının pir-bəglər, seyid-şıxlar nəslinin nümayəndələri olmuşlar. Quranda (18:90) bu yer - Günəş Allahı Ra-nın çıxdığı yer adlanır və Allah burada yaşayan tayfa ilə Özü arasında sirr pərdəsi yaratmamışdır. Başqa sözlə, bu tayfa - Ra-Amon, yəni Rəhman Allahın sirlərini bilənlər tayfasıdır. "Allahın Adı ilə" oxuya bilən bu sufi pirləri mənbələrdə "hakimi İlahi", "əhli marifət", "arif billah", "alim billah" və s. adlanırlar. Mən - "Batinilikdə marifət - Allahın kimliyini, necəliyini bilməkdir" adlı məqalədə bu barədə məlumatlar vermişəm (sayt: https://firudin.blogspot.com/2022/12/batinilikd-marift-allahn-kimliyini.html?m=1).

Firudin Gilar Bəg
22.11.2024












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.