Fransaya bəraət qazandıran “müxalifətçilər”...

17-11-2022, 08:14           
Fransaya bəraət qazandıran “müxalifətçilər”...
Fransa mütəmadi və həyasız şəkildə Azərbaycanın əleyhinə çıxır. Özü də Fransa yeganə Avropa ölkəsidir ki, bu cür məkrli siyasət yürüdür. Niyə? Erməniləri müdafiə etmək üçün. Fransa niyə Ermənistanı müdafiə edir? Çünki ermənilərin türklərlə düşmən olması üçün iki əsrdən çoxdur ki, təbliğat aparır. Bu prosesin əsasını isə Napoleon Bonapart qoyub. Ortada rəsmi sənədlər var. İlk dəfə o, ermənilərdən Osmanlını məhv etmək üçün istifadəyə cəhd göstərib...
Fransanın Azərbaycana təsir imkanları sıfırın altındadır. İldə Azərbaycan Fransaya 700-750 milyon dillarlıq neft və qaz satır. Fransa da Azərbaycana 250-300 milyonluq mal göndərir. Yəni bizim Fransaya göndərdiyimiz neft və qaza hazırda dünyada böyük tələbat var. Başqa ölkəyə də biz bu malı ixrac edə bilərik...
Ən pisi odur ki, Azərbaycanda Fransanın bu həyasılığına bəraət qazandırmağa çalışan yaramazlar var. Bunlar öz ələmlərində elə düşünürlər ki, guya İlham Əliyevə müxalifətdə olduqlarına görə Azərbaycanın əleyhinə olan hər bir şeyi, o cümlədən Fransa Senatının qərarını da tərifləmək lazımdır. Bu və ya digər yolla bu qərara bəraət qazandırmaq da şərtdir. Bu qərardan Əliyevlər sülələsini vurmaq üçün istifadə etmək də olar. Bunda da qəbahət bir şey yoxdur...
Bəli, Əliyevlər sülaləsi bir çox yaramaz işlər görüb. Azərbaycanda klan sistemini möhkəmləndirib. Ölkə korrupsiya və rüşvətxorluğun içindədir. İribuynuzlu məmurlar millətin qanını içir. Bütün seçkilər saxtalaşdırılıb. Ölkədə yüzlərlə siyasi məhbus var...Mən bu barədə min dəfə yazmışam. Ancaq indi söhbət Fransanın yaramazlığından gedir. Azərbaycanın Ermənistan qarşısında rəzil olmasını Əliyevlər sülaləsi istəmir, Fransa bu arzu ilə alışıb yanır. Və Fransanı alqışlayanlar dolayısı ilə yox ha, birbaşa Ermənilərə dəstək verirlər...
Aman Allah, neftin qiyməti kəskin şəkildə düşəndə Gültəkin Hacıbəyli necə sevinirdi. Düşünürdü ki, neftin qiyməti düşdü, İlham Əliyev camaat maaş verə bilməyəcək, xalq ayağa qalxıb bu iqtidarı devirəcək. Bunlar iqtidara gələcəyik. Ondan sonra hər şey bomba kimi olacaq. Neftin qiyməti yenidən qalxacaq və xalq kef edəcək...
Sözümün canı o ki, "Artsax"a müstəqilik istəyən Fransanı müdafiə etmək dövlətçilik düşüncəsindən xeyli uzaq olan Gültəkin Hacıbəyli düşüncəsində olmaq deməkdir...
Hələ biri var, deyir ki, Avropanın siyasi mərkəzi Fransadır. Avropanın siyasi mərkəzi Fransa deyil, heç Almaniya da deyil. Avropanın, eləcə də bütün dünyanın siyasi mərkəzi Böyük Britaniyadır. 5 yüz ildən çoxdur ki, bu dünyanı ingilislər idarə edir. Belə primitiv şeyləri bilməyən adamlar niyə siyasətlə məşğul olsun ki...
Bu ki, ötən ilin söhbətidir. Avstraliyanın baş naziri Skott Morrison Fransa ilə dizel sualtı qayıqlarının tikintisi barədə sövdələşmənin pozdu. Parisin məyusluğuna baxmayaraq AUKUS (ABŞ, Britaniya və Avstraliya ittifaqı) öz maraqlarını Fransanın maraqlarından üstün tutdu. Fransa nə qədər atılıb düşsə də xeyri olmadı. O vaxt hətta Fransa Britaniyanı sanksiyalarla hədələdi. Britaniya da Fransaya hədə-qorxulardan imtina etmək üçün 48 saat vaxt verdi...
Ümumiyyətlə, Fransanın Almaniya, İtaliya, Britaniya və ABŞ-la ciddi problemləri var. Siyasi prosesləri izləyənlər bütün bunları yaxşı bilir...
Mən ona da əminəm ki, Azərbaycan öz maraqlarından çıxış etməlidir. Bu maraqlara qarşı Fransa, ABŞ, Rusiya, İran, bir sözlə-kim çıxırsa çıxsın, biz öz maraqlarımızın müdafiəsi üçün mümkün olan və olmayan bütün vasitələrə əl atmalıyıq. Öncə Vətəndir. Başqa söhbət ola bilməz. Başqa söhbət edənlər də erməni kimi bir şeydir...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.