Sabirabadın icra başçısı müxalifət mətbuatını maliyyələşdirir?

9-06-2016, 00:32           


Son aylar, bəzi rayon icra başçıları mətbuatın yazdıqlarından bərk narahat olmağa başlayıblar. Əslində onların narahatçılığına əsaslar da var. Çünki, rayonu talayan, milyonlar qazanan bu icra başçıları vəzifələrini itirməkdən daha çox, həbs olunmaqdan qorxurlar. Ona görə də, adlarının mətbuatda oxuyanda allergiyaları qalxır.

Əslində bu məmurlar üçün həbs olunmaqdan daha böyük qorxu var – dövlətdən taladıqları milyonlar əllərindən çıxar və onlar sıradan adama çevrilərlər. Onlar üçün bundan ağır heç nə yoxdur.

Alman psixoloqu yazırdı ki, korrupsioner məmurlar çox halda infarkdan dünyasını dəyişir. Çünki, onlar hər an qorxu keçirir, qan təzyiqləri normada olmur, həyəcan onları boğur. Odur ki, belə məmurlar tez dünyasını dəyişir. Amma alman psixoloq bunu Almaniyadakı 3-4 korrupsioner məmuru düşünərək deyib. Bizim korrupsioner məmurların isə belə bir qorxusu yoxdur. Çünki, onlar kimdənsə qorxmurlar və ya qorxsalar belə infarkt keçirmirlər. Elə Sabirabadın icra başçısı Nazim İsmayılov kimi…

Tutaq ki, Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayilov. Uzun illərdi bu rayonu çapıb talayır. Üstəlik ona dur deyən yoxdur. Rayonda da "lələ köçüb yurdu qalıb”. Öz aramızdır, 64 yaşlı bu ahıl icra başçısı nə iş görə bilər? Ona Sabirabad lazımdır, yoxsa, bu yaşda sərin otaqda oturub televizordakı müğənilləri seyr edib ruhunu dincəltmək?

64 yaş o deməkdir ki, artıq nəvələrlə oynamaq vaxtıdır. Amma Nazim İsmayilov kreslodan bərk-bərk yapışıb ki, birdən onu çıxararlar. Hələ üstəlik başqa işlərdə görür.

Bizimxeber.az-a daxil olan məlumata görə, təqaüd yaşının çatmasından ehtiyyat edən Nazim İsmayılov mətbuatdan sığortalanmağa başlayıb. Öz yaxın adamları vasitəsi ilə, mətbuatla razılaşmalar əldə edən İsmayilov hətta qaydaları da pozub. Nə edib? Bu barədə yaxın günlərdə…

Nazim İsmayilov niyə müxalifət mətbuatına maliyyə yardımları edir?
Müavinləri onu neçə aldadır?
Nazim İsmayılov hansı informasiyanın mətbuata çıxmasından bərk narahatdır?

İzləyin!!!

Bizimxeber.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.