Bu gündən Azərbaycanda 9 günlük Novruz tətili başlayır

18-03-2023, 08:10           
Bu gündən Azərbaycanda 9 günlük Novruz tətili başlayır
Bu gündən Novruz bayramı ilə əlaqədar bayram tətili başlayır.

APA xəbər verir ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənən müvafiq qərara əsasən, 2023-cü il martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır.

2023-cü ildə 18, 19 və 25, 26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bu il Novruz bayramı ilə əlaqədar ardıcıl 9 gün iş olmayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.