Xankəndində Arayikin dəvət almadığı qapalı iclasda nələr müzakirə olundu?.. - İLGİNC

18-03-2023, 09:22           
Xankəndində Arayikin dəvət almadığı qapalı iclasda nələr müzakirə olundu?.. - İLGİNC
Dünən martın 17-də separatçı-terrorçu rejimin qanunsuz "qanunverici orqanı"nın "müdafiə, təhlükəsizlik və hüquq mühafizə komitəsi"ndə qondarma "dövlət naziri" Qurgen Nersisyan, "daxili işlər naziri", "milli təhlükəsizlik xidməti"nin direktoru Mexak Arzumanyan və digərləri qapalı müzakirə keçirilib.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, səhər saatlarında "Hraparak" nəşrinin yaydığı məlumata görə, baş separatçı Arayik Arutyunyanın dəvət olunmadığı "iclasda humanitar məsələlərin müzakirəsi ilə yanaşı, mülki müdafiə sığınacaqlarının vəziyyəti bərpa olunmasının zəruriliyi də müzakirə olunub. Bu müzakirə nə ilə bağlı olub, səbəbi nədir? Onlar yeni hərbi eskalasiyaya hazırlaşırlarmı?" Erməni nəşri Xankəndindəki mənbələrindən öyrənib ki, "30 ildir yaşanan hərbi vəziyyətə əsasən, mülki sığınacaq problemi həmişəki kimi diqqət mərkəzində olub"...

Xatırladaq ki, dünən erməni mediasında Arayikin yaranmış vəziyyətdə çıxış yollarını, istefa verib-verməyəcəyini müzakirə etmək üçün yenidən Moskvaya hazırlaşması haqda məlumat yayılıb...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.