Lavrov Qarabağ ermənilərinin nəyə ümid edə biləcəyini açıqlayıb

21-03-2023, 00:04           
Lavrov Qarabağ ermənilərinin nəyə ümid edə biləcəyini açıqlayıb
Qarabağ ermənilərinin təhlükəsizlik təminatı məsələləri Xankəndi və Bakı nümayəndələri arasında həll edilməlidir. Bu fikri martın 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

“Dağlıq Qarabağ sakinlərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquqlarının təmin edilməsi məsələləri Qarabağ və Bakı nümayəndələri arasında həll edilməlidir. Biz tərəfləri buna təşviq edirik. Ermənistan da bunda maraqlıdır”, – Lavrov bildirib.

Eyni zamanda, bu kimi məsələlərin həlli ilə bağlı “çox yaxın tarixdən” misallar çəkdi.

“Minsk müqavilələrində eyni şeydən danışılırdı: Ukraynanın şərq hissəsinin sakinləri həmin Minsk razılaşmalarına uyğun olaraq hansı hüquqlara malik olmalıdırlar: bu, onların ana dili, uşaqları bu dildə öyrətmək, yaşamaq, işləmək hüququdur. Ondan istifadə edərək öz mədəniyyətini, dinini qoruyub saxlamaq, yerli özünüidarəetmə imkanlarına malik olmaq və öz həmvətənləri ilə xüsusi iqtisadi-ticarət əlaqələri yaratmaq (Donbas məsələsində bu, Rusiya idi, – Lavrovun qeydi)” , deyə rusiyalı nazir bildirib. .

Onun sözlərinə görə, təxminən eyni hüquqlar on il əvvəl Belqrad və Priştina arasında Kosovo Serb Bələdiyyələri Birliyinin yaradılması haqqında imzalanmış sazişdə nəzərdə tutulmuşdu: dil, yerli özünüidarəetmə, təhsil, mədəniyyət, din, Serbiya ilə xüsusi iqtisadi ilə əlaqələr”. Lavrovun fikrincə, «Qarabağ xalqı üçün də (Ermənistan və Azərbaycan liderlərinin 1991-ci il tarixli Alma-Ata Bəyannaməsinin müddəalarına sadiqliyi kontekstində – Lavrovun qeydi), eyni hüquqlar toplusu zəruri ola bilər».

Eyni zamanda o, Ermənistanla Azərbaycan arasında münaqişənin həllində Rusiyanın Qərblə əməkdaşlığını istisna edib.

“Qərb özünü tamamilə gözdən salıb. Onun Cənubi Qafqazda hansı məqsədlər güddüyünü görürük. O, onları gizlətmir, açıq bəyan edir ki, Rusiyanı buradan qoparacaqlar”, – Lavrov deyə bildirib.

O, həmçinin İrəvanın Azərbaycan, Ermənistan və Rusiya Federasiyası xarici işlər nazirlərinin yeni üçtərəfli görüşünə hazır olduğunu, onun tarixlərinin razılaşdırılacağını açıqlayıb.

Lavrova görə, Rusiya Rusiya və Azərbaycan prezidentləri ilə Ermənistanın baş naziri arasında əldə olunmuş bütün üçtərəfli razılaşmaları “ciddi şəkildə, heç bir improvizasiya olmadan” həyata keçirməyin tərəfsarıdır, və ilk növbədə, 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanmış bəyannamənin

“Laçın dəhlizi probleminə sırf bu kontekstdə baxılmalıdır», – Lavrov bildirib.(Turan)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.