Laçın təhsili ilə bağlı prezidentə şikayət - İTTİHAM VAR

9-06-2016, 12:56           
Laçın təhsili ilə bağlı prezidentə şikayət - İTTİHAM VAR
Azərbaycan Respubilkasının Prezidenti
İlham Əliyev Cənablarına
Surəti: Birinci Xanım Mehriban Əliyevaya
Surəti: Prezidenti Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev Cənablarına
Surəti: Baş nazir Artur Rasi-zadə Cənablarına
Surəti: Baş prokuror Zakir Qaralov cənablarına
Surəti: Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Rəisi Kamran Əliyev cənablarına
Surəti: Maliyyə naziri Samir Şərifov cənablarına
Laçın rayon sakini hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvəqqəti Məskunlaşmış Xudayarov Baxşeyiş Salyan oğlu tərəfindən

ƏRİZƏ
Hörmətli Cənab Prezident hər il Təhsil Nazirliyi ən çox şikayət məktubu daxil olan rayonların adını açıqlayır və bu siyahıda Laçın rayonu birinci yerdə olur.bir rayonun təhsil şöbəsini korrupsiya yuvasına çevirən Malik Vəliyevi Təhsil nazirliyi yüksək məbləğdə rüşvət qarşlığında altı rayona (Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon təhsil şöbələrinin bazasında Tərtər Regional Təhsil İdarəsinə) təhsil rəbəri təyin etməsi sizin korrupsiyaya qarşı ciddi mübarizə apardığınız siyasətə tam ziddir.
Bildirirəm ki, Təhsil Nazirinin müavini Ceyhun Bayramov Laçın rayon Təhsil Şöbəsinin müdri Malik Vəliyevin Təhsil Şöbəsində yol verdiyi ciddi qanun pozuntularına göz yumub.
Laçın təhsil şöbəsində hər ayın axrında məktəb direktorlarından hesab yığlır (şagirdlərin sayı 100-dən az olan məktəb direktorlarından 500 manatdan, şagirdlərin sayı 100-dən çox olan məktəb direktorlarından 1000-1500 manatdan).Təhsil şöbəsinin müdri Malik Vəliyev ele bir sağlam korrupsiya şəbəkəsi yaradıb ki, təhsil şöbəsindən çıxmasına baxmayaraq yenədə aylıq hesabı yığlır.Direktorlar M.Vəliyevin aylıq qoyduğu məbləği düzəltmək üçün məcbur qalıb fəaliyyəti olmayan elmi dərnəklərdəki dərs saatları ,sağlam və yüngül fiziki qüsurlu uşaqlara məktəbə gələ-gələ saxta sənədlər düzəldərək fərdi dərs saatları yazmaqla və s. hesabına qoyulan dasqını düzəldirlər.
Evdə təhsilə cəlb edilmiş şagirdlər yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilsə 90%-nin sağlam və yüngül fiziki qüsurlu olduğu və məktəbdə dərs məşğlələrində iştrak edikleri aşkar olar.
Hər il Dövlət büdcəsindən Laçın rayon təhsilinə ayrılan 100 min manatlarla vəsaiti M.Vəliyev Laçın rayon maliyyə şöbəsi ilə əlbir olaraq müxtəlif adlar altında talan ediblər. İnventarların satın alınmasına , yumşaq inventarların satın alınmasına, məktəbli paltarlarının alınmasına,Təhsil sahəsini əhatə edən ümumi təmir işlərinə,dəftərxana ləvazimatlarının alınmasına, avadanlıqların satın alınmasına və digər xərclər üçün ayrılmış vəsaiti müxtəlif MMC- lərin adına sənədləşdirərək mənimsəyiblər.Araşdırılma aparılsa bu vəsaitin heç 10%-i təyinatı üzrə xərclənməyib.
Laçın rayon ümumtəhsil məktəblərində işləyən müəllimlərin yaşayış yeri və əsas iş yeri haqqında maliyyə nazirliyi araşdırma aparsa aylıq 250-350 manat əmək haqqı adlarına yazldığı və faktiki olaraq işləməyən 50-dən çox müəllimin olduğu aşkar olar.bu müəllimlər özəl müəssələrdə çalışır sadəcə pedaqoji iş stajı olsun deyə adlarına dövlət vəsaitinin yazılıb mənimsənilməsinə razı olurlar.
M. Vəliyev Təhsil Şöbəsindəki vakant dövlət qulluğu vəzifələrini Prezident yanında dövlət qulluğu məsələləri üzrə komisiyadan gizlədərək müsabiqəyə verməyib.
Müsabiqədə keçid balı toplaya bilməyən 4-5 namizədin hər birindən 5000 manat rüşvət alaraq təhsil şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifələrinə təyin edib.
<<Diplomu saxta olan müəllimlərdən>> hər tədris ilində 800 manat rüşvət alaraq müəllim işləmələrinə şərait yaradıb. LRTŞ-də 100-dən çox <<diplomu saxta olan müəllim>> var.
Diplomu olmayan düzgün yazıb-oxumağı bacarmayan şəxslərdən 2000 manat rüşvət alaraq hərbi biletlə hərbi- hazırlıq müəllimi götrüb.
Hər il Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinə boş (vakant) yerləri verməyib və müsabiqədə uğur qazanmayan namizədlərə 2500-3000 manat rüşvət alaraq satıb.
Ümumtəhsil məktəblərindəki bütün texniki ştatları direktorlar vasitəsi ilə hər birin 500 manat rüşvət alaraq satıb.
Təhsil haqqında Qüvvədə olan normativ hüquqi aktların tələblərini pozaraq ümumtəhsil məktəblərində sinif komplektləri normadan artıq saxlanılmış və hər il məktəb direktorlarına 2-3 uşağın adına şəbəkə tutdurub sinif komplektlərini 1000 manat rüşvət alaraq satıb.
Təhsil haqqında qanunları pozaraq yeni işə düzəlmiş müəllimləri 3 il tamam olmadan kənar məktəblərdən mərkəzələrə 1500 manat rüşvət alaraq yerdəyişmə edib.
Azərbaycan Respublikası Prezidentinin verdiyi sərəncamda öz şəxsi mənafeyi üçün istifadə etdiyi halda M. Vəliyev hansı tədrisdən danışa bilər? Cənab Prezidentin müvafiq sərəncamına əsasən yaşı 65-dən yuxarı olan müəllimlər zərurət olmadığı halda birmənalı şəkildə işdən azad edilməlidirlər.
Lakin M. Vəliyev heç bir zərurət olmadığı təqdirdə həmin ixtisas müəllimlərindən 500-1000 manat rüşvət alaraq 1 (bir) illik müqavilə ilə müəllim işlədir.
M. Vəliyev saxta diplomları olan şəxslərdən külli-miqdarda rüşvət alaraq çox asan yollarla əvvəlcə məktəblərdə psixoloq vəzifəsinə təyin edir, sonradan qeyri-qanuni olaraq həmin şəxslərə dərs tədris etdirir və hətta bununla kifayətlənməyərək bu şəxsləri direktor, direktor müavini vəzifələrinə təyin edib.Laçın rayon təhsil şöbəsində araşdırılma aparılsa 100-dən çox belə korrupsiya faktları və ciddi qanun pozuntularına yol verildiyi aşgar olar.
M. Vəliyevin Təhsil Şöbəsində yol verdiyi ciddi qanun pozuntularını və yığdığı küllü miqdarda rüşvəti ört- bastır etmək üçün daydayılarının köməyinden istifadə edərək vəTəhsil Nazirliyində əlbir olduğu şəxsə yüksək məbləğdə rüşvət verərək izi itirmək məqsədi ilə təhsil nazirliyinin yeni yaradılmış Tərtər regional təhsil idarəsinə müdir təyin olunmağı bacarmışdı. M.Vəliyev Təhsi şöbəsinin müdri olduğu dövrdə bir dəfə də olsun tədris ilə maraqlanmayıb, bütün fəaliyyətini rüşvət yığmağın üzərində qurub.


İmza: Xudayarov B. Tel:0507413096

Tarix: 08/06/2016


teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.