Mehriban Əliyevanın köməkçisi "France 24"ə müsahibə verdi

22-03-2023, 00:17           
Mehriban Əliyevanın köməkçisi "France 24"ə müsahibə verdi
Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi Elçin Əmirbəyov Fransanın "France 24" telekanalına müsahibə verib.

Bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "Twitter" hesabında paylaşım edib.

Elçin Əmirbəyov müsahibəsində bildirib ki, Azərbaycan Ermənistana beynəlxalq hüquq normalarına uyğun sülh müqaviləsi təklif edib: "Əlbəttə ki, sülh müqaviləsi hazırlanarkən hər iki tərəfin suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü nəzərə alınıb".

Vitse-prezidentin köməkçisi, həmçinin Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanmadığını da qeyd edib. O, Ermənistanın imzaladığı sənədlərin əleyhinə hərəkət etdiyini, Laçın dəhlizi ilə Qarabağa yeni silahlar, minalar və hərbçilər gətirdiyini açıqlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.