"Vaxtı çatanda Rusiya qüvvələrinin Qarabağda qalmasını Ermənistan xahiş edəcək" - Görünəni budur...

13-06-2023, 00:11           
"Vaxtı çatanda Rusiya qüvvələrinin Qarabağda qalmasını Ermənistan xahiş edəcək" -
Rusiya sülhməramlı qüvvələri Azərbaycana 2020-ci ildə güya tərəflər arasında münaqişənin yaranmaması məqsədilə yerləşdirildi. Amma keçən dövr ərzində onların tərəf olduğuna şahid olduq. Sülhməramlı adlandırılan bu qüvvələr sadəcə Qarabağda olan separatçıları qorumaqla məşğul oldular. Onların fəaliyyətləri bu günə qədər bir dəfə də olsun, Azərbaycana qane etmədi... 4 aydan çox davam edən ekoloji aksiyanın nəticəsində ərazidə Azərbaycanın sərhəd məntəqəsi quruldu. Bəs bu gün sülhməramlılar kimə və nəyə lazımdır? Onları müddətləri bitdiyi zaman göndərə biləcəyikmi?
“Rusiya sülhməramlılarının ölkəmizdən, konkret olaraq Qarabağda fəaliyyət müddəti 2025-ci ilin noyabr ayında başa çatır. 2020-ci il ilin 2-ci Qarabağ savaşının sonunu gətirən “3 tərəfli” sazişlə onların 5 il müddətində Qarabağda qalmaları ilə bağlı razılıq əldə olunmuşdu. Artıq 2025-ci ilin noyabr ayında həmin müddət başa çatır. Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması üçün əsas şərtlərdən biri budur ki, tərəflərdən biri yəni ya Azərbaycan, ya da Ermənistan onların çıxarılması tələbini qoyarsa, onlar dərhal yəni Qarabağdan çıxarılacaqlar. Onların Qarabağda qalmaları yeganə onlar hər iki tərəfin ümumi razılığın olmasıdır ki, bu da Azərbaycan tərəfdən baxsaq inandırıcı görünmür”.

TEREF.AZ-ın məlumatına görə, bu barədə Bizimyol.info xəbər portalına “Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağda olduğu müddət ərzində Azərbaycan tərəfinin qəzəbinə səbəb olan fəaliyyətlər göstərib. Bu günlərdə də bir sıra fəaliyyətləri ilə Azərbaycan tərəfində qıcıq yaradan hallara yol verdilər. Şərhçinin fikrincə görünən odur ki, Rusiya Ermənistana himayədarlıq etdiyi kimi, onlar da Qarabağda erməniləri himayə etməyə davam edəcəklər.

“Gümrüdə rus bazası var. Ən azından Rusiyanın Ermənistan kimi bir forpostu olan ölkə var. Ona görə də onları daim müdafiə edəcəklər. 2025-ci ilin noyabrına qədər Azərbaycan tərəfi elə bir fəaliyyət istiqaməti aparmalıdır ki, onların fəaliyyət müddəti başa çatan zaman Azərbaycan tərəfinin yəni rəsmi Bakının nəsə bir tələbdə bulunmasına ehtiyac qalmasın. Belə olarsa, Rusiya sülhməramlılarının özləri müddətlərinin başa çatmasını və yola salınmaqlarını gözləyəcəklər. Rəsmi Bakı elə bir fəaliyyət qurmalıdır ki, sülhməramlılar noyabrda fəaliyyətlərini başa çatdığını düşünsünlər” deyən Cavanşir Abbaslı hesab edir ki, həmin vaxt sülhməramlıların bölgədə qalması üçün hər hansı cəhdlər olacaq. Çünki Qarabağ münaqişəsində Rusiyanın söz sahibi olmaq səbəblərindən biri də məhz Rusiya sülhməramlılarıdır.

“Təsadüfi deyil ki, “3 tərəfli” bəyanatda Kreml bir növ istəyinə nail olaraq, Rusiya rus sülhməramlılarını Qarabağa yerləşdirə bilmişdi. Bu günkü baxış açısından baxsaq görərik ki, Azərbaycan tərəfi konkret olaraq, Azərbaycanın ali baş komandan səviyyəsində dəfələrlə bəyan edib ki, “rus sülhməramlıları gedəcək””-deyə Cavanşir Abbaslı əlavə edib.

Ermənistana gəldikdə isə, Cavanşir Abbaslı bildirib ki, Ermənistanın ikili siyasət yürütməsi, daha çox Qərbə meyllənməsi ilə bağlı açıqlamalara, fikirlərə və ehtimallara rast gəlinir.

“İstənilən halda vaxtı çatanda Rusiya sülh məramlılarının Qarabağda qalması xahişini edən tərəf məhz Ermənistan olacaq. Çünki bilirlər ki, Rusiya sülhməramlıları Qarabağda onların qarantiyasıdır. Yaratdıqları qondarma rejimin tarixin arxivinə göndərilməməsinin qarantiyasıdır. Bu səbəbdən də, Rusiya sülhməramlılarının Qarabağda qalmasına Ermənistan çox çalışacaq. Əgər bunu istəmirlərsə, o zaman öz ərazilərindəki 102-ci Rusiya hərbi bazasını çıxarmalıdırlar. Rusiyadan tam qopmaq istəyirlərsə, birinci bu addım atılmalıdır. Bu səbəbdən də, Azərbaycan tərəfi Ermənistan tərəfinə heç bir ümid bəsləməməlidir ki, bəsləmir də. Biz öz gücümüzlə, qardaş Türkiyə ilə olan birliyimizlə bu problemi də çözəcəyik”-deyən şərhçi əlavə edib ki, 2025-ci ilin noyabr ayına qədər Qarabağdakı bütün problemlərimiz həll olunacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.