Ərdoğan: "Türkiyə və Azərbaycan olaraq Şərqlə Qərb arasında strateji bir yerə sahibik"

13-06-2023, 21:44           
Ərdoğan: "Türkiyə və Azərbaycan olaraq Şərqlə Qərb arasında strateji bir yerə sahibik"
"Türkiyə və Azərbaycan olaraq Şərqlə Qərb arasında strateji bir yerə sahibik".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında qeyd edib.

Ərdoğan bildirib ki, qardaşlığımıza uyğun olaraq ticarətdən enerjiyə, müdafiə sənayesindən nəqliyyata qədər hər sahədə əməkdaşlığımız daha da dərinləşəcək:

"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionumuz daha da çiçəklənəcək. Biz bu dialoq prosesini İlham qardaşımla tam koordinasiya şəraitində həyata keçiririk.

Mən də inanıram ki, biz bu təmasların müsbət nəticələrini yaxın gələcəkdə görəcəyik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru