ABŞ səfiri postuna namizəd: Azərbaycanla əməkdaşlıq milli maraqlarımıza xidmət edir

14-06-2023, 11:58           
ABŞ səfiri postuna namizəd: Azərbaycanla əməkdaşlıq milli maraqlarımıza xidmət edir
"Əgər bu posta namizədliyim təsdiqlənərsə, ABŞ-ın Azərbaycan və Ermənistan arasında ədalətli və dayanıqlı sülh sazişinin əldə olunmasına yardım etmək səylərini dəstəkləyəcəm".

Bunu ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi irəli sürülmüş Mark Libbi Senatda dinləmlər zamanı deyib.

"Mənim namizədliyim təsdiqlənərsə söz verirəm ki, ABŞ-ın Azərbaycanda maraqlarını təmin etmək üçün bu Komitə və Konqresin bütün üzvləri ilə yaxından işləyəcəm.

ABŞ vətəndaşlarına xidmət etmək, onları qorumaq bütün ABŞ diplomatlarının əsas vəzifəsi olub və bu posta namizədliyim təsdiqlənərsə bu, mənim də prioritetim olacaq".

Diplomat vurğulayıb ki, o, ABŞ-ın regionda sülhlə bağlı səylərini dəstəkləyəcək: "Bu posta təsdiqlənərsəm, mən də ABŞ-ın Azərbaycan və Ermənistan arasında ədalətli və dayanıqlı sülh sazişinin əldə olunmasına yardım etmək səylərini dəstəkləyəcəm. Bu faciəvi münaqişədən tərəflərə ağrı-acı və inamsızlıq mirası qalıb.

Bu komitənin bir çox üzvünün Azərbaycanla bağlı narahatlığı var. Mən onları başa düşürəm. Hər bir dayanıqlı və ləyaqətli sülh üçün ərazi bütövlüyü, suverenliyi, və bölgədə yaşayan hər kəsin hüquq və təhlükəsizliyi məsələlərinin həlli çox vacibdir. Bu münaqişənin hərbi həlli yoxdur. ABŞ zorakılığı və zorakılıq hədələrini pisləməyə davam etməlidir. Ancaq tərəflər ABŞ və bizim Avropadakkı tərəfdaşlarımızın köməyi ilə razılığa gəlməyə həmişəkindən daha yaxındır. Mən təsdiq olunsam, Bakıda fəal və qətiyyətli şəkildə işləyərək onların (tərəflərin - red.) buna nail olmasına kömək etmək öhdəliyi götürürəm. Lakin sülh sazişinin imzalanması yalnız ilk addımdır. Mən təsdiqlənərmsə, Bakıdakı səfirliyə rəhbərlik edərək yekun nizamlanmanın həyata keçirilməsini dəstəkləyəcəyəm, sülh sazişinin uğurla həyata keçirilməsi ABŞ və Azərbaycan arasında daha dərin əlaqələrə zəmin yaradar. Bu, regionu sabitləşdirəcək və münaqişədən istifadə etməklə öz bədxah təsirlərini genişləndirməyə çalışan rəqibləri sıxışdıracaq. Sülh sazişi bizə Azərbaycanla münasibətlərimizdə uğurlu əməkdaşlığı növbəti səviyyəyə qaldırmağa imkan verəcək. Azərbaycanla terrorla mübarizə, sərhəd təhlükəsizliyi, enerji təhlükəsizliyi və dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığımız ABŞ-ın milli maraqlarına və təhlükəsizliyinə xidmət edir. Əgər mən bu posta təsdiqlənsəm, bu sahələrdə səylərimizi ikiqat artıracağam".

Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.