Müdafiə Nazirliyinin fəxri fərmanına Nətavan Həbibi layiqmiş... “Zəfər ” mükafatı "məşhur" blogerlərə Əfruzə Əliyeva ( Apruza), Həmayıl Cəfərli (Hllyblog) və Mehin Oqtaylı (İconMekh) və başqalarına verilir.

15-06-2023, 09:34           
Müdafiə Nazirliyinin fəxri fərmanına Nətavan Həbibi layiqmiş...·
Niyəsini bilmirəm, 11 il əvvəl Elnarə Xəlilova Azərbaycan Dövlət Sərhəd Xidmətinin 100 illiyi münasibəti ilə yubiley medalı ilə təltif edilib, Bu gün isə DSX-nin kapitanı (!), müğənni aldığı maaşı açıqlayıb. Deyib ki, çalışdığı Dövlət Sərhəd Xidmətindən 1250 manat maaş alır. Yəni, orkestrin solistidir oxuyandı.
Gözümü açandan , özümü tanıyandan kitab oxu, oxu, zaçot ver, imtahan ver, kurs işi yaz, diplom işi yaz, (kasıbçılıqdan hamısını oxuyaraq) Yataqxanalarda kirayələrdə qal, kasıbçılıqla boğuş, Universiteti qırmızı diplomla bitir. Bütün əziyyətlərə baxmayaraq axırda "oxumuş -ziyalı olacam, xalqıma xeyir verəcəm"- deyə bu məqsədlə yaşa...
Nəhayət gəl ziyalı ol, gün ərzində 9- 10 saat çalış - vuruş, sənətin fəhləsi ol...( heç ayda bir dəfə solist olaraq orkestrdə 1 mahnı oxuyur ya oxumur) biri gəlsin 1250 manat maaş alsın, sən də bunun yarı qədərindəndə az alasan. Qəpik-quruş...
Sən get 44 gün silahların, müharibənin bombardmanın altında həyatını risqə at, doğmalarını sənsiz məhv olacağını bilə-bilə özünü ölmün ağuşuna at, peşə vəzifəndən başqa əlindən gələni əsirgəmə, əsgərə dəstək ol. səndən xəbərçi olaraq xəbər gözləyən imdad gözləyənlərə dəstək ol.. nələr-nələr... Nəhayət Qarabağdan geri dönəndə məlum olsun ki, Müdafiə Nazirliyinin fəxri fərmanına Nətavan Həbibi layiqmiş... “Zəfər ” mükafatı "məşhur" blogerlərə Əfruzə Əliyeva ( Apruza), Həmayıl Cəfərli (Hllyblog) və Mehin Oqtaylı (İconMekh) və başqalarına verilir.
Bəs deyirlər, həqiqət, gec -tez yerini tapır?Bəlkə də həqiqət nə vaxtsa yerini tapacaq, amma çətin ki, MN məni tapa... 3 ildə tapa bilməyibsə, çətin!
Görən , gec deyil, mən də çıxım bir az mahnı oxuyum...?Görən bacararam???
Əntiqə Rəşid Aslan
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.