Ərdoğan: “Qardaşım İlham Əliyevin dəstəyi hər zaman ürəyimizdədir” - VİDEO

15-06-2023, 09:18           
Ərdoğan:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası baş tutub.

Toplantı 8 saatdan çox davam edib.

İclasın yekununda dövlət başçısı mətbuata açıqlamalarla çıxış edib. O, Azərbaycana səfərindən də danışıb.
“Tək millət, iki dövlət” şüarı ilə can Azərbaycanla qurduğumuz əlaqələrimizə bütün dünya qibtə edir. Biz bacı-qardaşlarımızı ehtiyac duyduğumuz zaman hər zaman yanımızda gördük. Zəlzələlərdən sonra Azərbaycanın həmrəyliyini heç vaxt unuda bilmərik. Qızlarının cehizini zəlzələdən zərərçəkənlərə bağışlayan o mərhəmətli insanları minnətdarlıqla xatırlayacağıq. Xüsusən də, qardaşım İlham Əliyevin dəstəyi hər zaman ürəyimizdədir. Qardaşım İlham Əliyevlə görüşlərimizdə ikitərəfli inkişafı artıracaq yeni qərarlar qəbul etdik. Biz Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına böyük əhəmiyyət veririk. Regionumuzda sülh və sabitliyin bərqərar olması ilə bağlı qəti mövqeyimizi bir daha təsdiqlədik. Qarabağda dalğalanan Azərbaycan bayrağını qardaşlığımızın rəmzi olaraq görürük ”, - deyə Ərdoğan bildirib.

Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.