Rusiya Türkiyə və Azərbaycanı qarşısına alarsa Ukraynaya ehtiyac olmayacaq

16-06-2023, 08:46           
Rusiya Türkiyə və Azərbaycanı qarşısına alarsa Ukraynaya ehtiyac olmayacaq
Allah əsgərimi, zabitimi qorusun. Təəssüf ki, müharibəmiz hələ bitməyib. Nə qədər ki, ruslar bölgədədir, nə qədər ki, rusları burdan iti qovan kimi qovmamışıq onlarla sülh sadəcə mümkün deyil. Vəziyyət elə bir yerə gəlib çatıb ki, açıq aşkar deyirlər ki, erməni icmasının Bakı ilə təmaslarından narahatıq. Yəni, hər şey açıq aydın göz önündədir və kartlar da açıq oynanır. Ona görə də bəzi şeylərdən çəkinməməliyik.
Bu gün Reaksiya TV-də Elxan Şahinoğlu bəylə müzakirəmiz zamanı da bu detala toxunduq. Deməli, Türkiyə Silahlı Qüvvələrin (TSK) Suriyada anti-terror əməliyyatlarına başlayarkən qarşısında faktiki şəkildə maneəyə çevrilən Birləşmiş Ştatlar var idi. O zaman ABŞ əsgərlərinin fəaliyyət göstərdiyi ərazidə PKK terrorçuları var idi. Türkiyənin də həmin ərazidə əməliyyat keçirəcəyi ilə bağlı məlumatlı olan ABŞ bildirmişdi ki, "Əgər bu baş versə qarşınızda Amerika əsgəri olacaq". O zaman Türkiyə rəhbərliyi cavab verərək demişdi ki, bizim üçün fərqi yoxdur və sizi xəbərdar edirik ki, o ərazidə qarşımıza çıxmayın. Nəticədə bilirsiniz nə oldu? TSK əraziyə daxil olanda bir dənə də olsun ABŞ əsgəri yox idi. Biz də yeri gələndə Rusiyaya bunu çatdırmalıyıq ki, bu artıq sondur və həmin separatçıları özüm tərksilah edəcəm. Qarşımıza çıxan olarsa da mübarizə aparmağa hazırıq. Bu təhlükəlidirmi? Bəli, mürəkkəb məsələdir. Amma siyasətdə bəzən belə vasitələrə də müraciət edilir. Rusiya Türkiyə və Azərbaycanı qarşısına alarsa Ukraynaya ehtiyac olmayacaq. Ona görə də nə qədər ki, Rusiya bu bataqlıqdadır bu məsələnin kökünü qazımalıyıq. Rusiya ayılanda da həmin sərhədlərdə Azərbaycan əsgərini, səmasında isə türk şahinlərini görməlidir.
Rusif Məmmədsoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.