Bu gün həm sərhəddə, həm də Xankəndi və ətrafında artan gərginlik Kremlin sülhə mane olma sancılarıdır...

16-06-2023, 13:34           
Bu gün həm sərhəddə, həm də Xankəndi və ətrafında artan gərginlik Kremlin sülhə mane olma sancılarıdır...
Rusiya mediası təcili və təhlükəli (özləri üçün, Kremlin siyasəti üçün təhlükəli) xəbər paylaşır ki, ABŞ Bakı və Xankəndi arasında icmalararası dialoqu təşkil etməyə, bu məsələdə də önə çıxmağa çalışır – həyasızcasına bu məsələni özlərinə təhlükə sayırlar.
Yaxşı, güya, siz “sülhməramlısız”, Allah sizi qoymasa, güya, bölgədə sülh olmasını istəyirsiz – belədirsə sizin üçün nə fərqi var ki, icmalararası dialoq, təmaslar hansı formatda olacaq?!
Siz narahatsız ki, başqa oturub, ətrafa rus generallarının fotolarını asıb əsas moderator, bölgənin əsas söz sahibi görüntüsünümü itirirsiniz?! Kreml qədər pislik yayan ikinci bir rejim yoxdur!
Düşünürəm ki, icmalararası təmaslar çox vacibdir, Xankəndi və ətrafında yaşayan erməni əslilli azərbaycanlıların (azərbaycanlı = vətəndaşlıq tanımı, üst kimlik) ölkəmizə siyasi-iqtisadi-ictimai-mədəni inteqrasiyası ilə bağlı “yol xəritəsinin” yaranması nəticələnəcək.
Bu gün həm sərhəddə, həm də Xankəndi və ətrafında artan gərginlik Kremlin sülhə mane olma sancılarıdır...
Natig Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru