Azərbaycanın ən böyük Data Mərkəzində problem yaranıb

17-06-2023, 11:54           
Azərbaycanın ən böyük Data Mərkəzində problem yaranıb
Bu gün bir müddət bir çox dövlət və özəl servislərdə problemlər yaranıb, xidmətlər əlçatan olmayıb.
eGov, MyGov portalları, Asan Login, sosial və ödəniş xidmətlərində bir müddət dayanmalar olub.
RİNN-nin AzİnTelecom qurumu dərhal açıqlama verib ki, problem bir çox dövlət resurslarının yerləşdiyi Data Mərkəzin AVADANLIQLARINDAKI NASAZLIQLAR və bununla bağlı yaranan texniki problemlə bağlı olub.
Qurum yarım saat müddətində baş verən çətinliyə görə üzrxahlığını da bildirib.
AZCLOUD-da və bir çox dövlət qurumlarında problemlər dərhal aradan qaldırılıb, bununla belə bəzi dövlət qurumlarında hələ də müəyyən çətinliklər qalıb.
Düşünürüəm ki, hökumətin əsas məlumat mərkəzində, e-hökumətin özəyində, Tier III standartına malik AzİnTelecom-da bu tip problemin olması informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik baxımından yetərincə ciddi məsələdir.
Qurumun özünün də dərhal buna reaksiya verməsi bu baxımdan diqqət cəlb edəndir.
Məlumdur ki, AzİnTelecom öz infrastrukturunda ancaq və ancaq lisenziyalı avadanlıqlar və lisenziyalı proqramlar istifadə edir.
Ümid edirəm lisenziyalar da başa çatmayıb.
Belə olan halda isə avadanlıqarın istehsalçılarından, vendorlardan da məsuliyyət tələb olunmalıdır.
Bildiyim qədər, hazırda AzİnTelecom AZCLOUD-da baş verən nasazlığın yaranma səbəblərini aydınlaşdırmaq üçün avadanlıqların istehsalçısı və beynəlxalq mühəndisləri cəlb etməklə araşdırmalar aparır.
Ümid edirəm araşdırmanın yekunu haqqında cəmiyyətə ağlabatan bir açıqlama veriləcək.
Ümumiyyətlə, daha doğru olar ki, AzİnTelecom, RİNN belə hallarda alternativlərin işə düşməsinə, Data Mərkəzin ehtiyat variantlarından effektiv istifadəyə diqqəti artırsınlar.
XRİTDX isə kritik infrastrukturun təhlükəsizliyinin təmin edilməsi idtiqamətində səylərini, dəstəyini gücləndirməlidir.
Ümid edirəm hökumət yaxın müddətdə kritik sektora daxil olan qurumların da siyahısını təsdiqləyəcək.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.