Qərbi “günah keçisi” elan etməklə qarın doymaz...

29-01-2024, 09:34           
Qərbi “günah keçisi” elan etməklə qarın doymaz...
Yaxın 2-3 ildə indiki idarəetmə sistemi, oyun qaydaları, vergi-gömrük yanaşması, yerli icra başçıları institutu, işlək olmayan qanunlar, ədələti şübhə altında olan məhkəmələr qaldıqca, məmləkətin iqtisadi vəziyyəti getdikcə pisləşəcək. Ölkənin məcburi xərcləri artacaq, gəlirləri isə azalacaq, nəticədə iqtisadi artım tempi daha da düşəcək. Bu isə vətəndaşların real gəlirlərinin və alıcılıq qabiliyyətinin kəskin azalması ilə nəticələnəcək.
Əgər hökumət bütün bu problemlərinin günahını Qərblə pisləşən münasibətlər üzərinə yıxıb, qaçılmaz olan çətinliklərə elə izah tapmağı düşünürsə, yanılır.
Qərbin bəzi dairələrinin, institutlarının, ölkələrinin ağılsız, qeyri-obyektiv və qərəzli olduğunu bildik, amma hər gün yaxınlaşan və dərinləşən institutsional iqtisadi çətinliklərin kökündə bu məsələ dayanmır axı, Qərbi “günah keçisi” elan etməklə qarın doymaz, vəziyyət düzəlməz. Həm də, bu yanaşma əvvəldən qapalı olan ölkələrdə keçərli ola bilər, indiki Azərbaycanda belə “izah” inandırıcı və təxnimedici olmayacaq.
Natig Cəfərli
TEREF: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru