Ermənilərin illərdir gizlədilən“sığınacağı” ÜZƏ ÇIXDI – Qərb özünü İFŞA EDİR

1-03-2024, 16:38           
Ermənilərin illərdir gizlədilən“sığınacağı” ÜZƏ ÇIXDI –
Münhendə rəsmi Bakı ilə İrəvan arasındakı danışıqlarda DİQQƏTÇƏKƏN DETAL Qərbin ədalət tərəzisinin gözü çoxdan xarab olub. Bunu bilmək üçün hər hansı bir xüsusi istedad sahibi olmağa gərək yoxdur. Son 4 ildə baş verənləri təhlil edərkən bir çox qaranlıq məqamlara işıq tutmaq olur. O işıq Qərbin bir çox təhsisatlarının illərdir həyata keçirdiyi qara işləri qənşərə çıxarmaq üçün kifayətdir. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticəsi olaraq baş verən 44 günlük müharibənin xeyirimizə yekunlaşması Qərbin ermənipərəst dairələri ciddi şəkildə silkələdi. Bu silkələnmənin maqnitudası o qədər yüksək olub ki, erməni lobbisinin pullarına satılan Qərbin bir çox təhsisatları və siyasət adamları bu günə kimi o titrəyişdən xilas ola bilmirlər. Bu məsələdən danışarkən xüsusilə Avropa Parlamentinin adını çəkmədən keçmək olmur.Azərbaycan İkinci Qarabağ müharibəsi ilə Ermənistanın 30 illik işğalçılıq siyasətini sona çatdırmaqla əslində rəsmi Bakıya qarşı Qərbin məkirli planlarının başlanılmasına səbəb oldu. Bu situasiya rəsmi Bakıya ağı qaradan seçmək üçün əla imkan yaratdı. Beləcə, Azərbaycan kimin kim olduğunu çox yaxşı bilir və gələcək təhlükəni öncədən qarşılamaq üçün yaxşı fürsətə malikdir. Bu gün rəsmi Bakı sözügedən missiyanın öhdəsindən çox böyük məharətlə gəlir. Ermənidən çox erməni olmağa başlayan Avropa Parlamentinin son cəhdləri öz oturduqları budağı kəsməyə bənzəyir.
Belə ki, Azərbaycan əleyhinə qətnamə qəbul etmək üçün dəridən-qabıqdan çıxan Avropa Parlamenti əslində bir qrup ermənipərəst parlamentarinin əlində oyuncağa döndüyünün hələ fərqində deyil. AP əlindən gələni etməyə çalışır ki, Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etsinb. İstisna edilmir ki, sənəddə həmçinin bundan əvvəllər olduğu kimi, bu dəfə də Azərbaycanla əməkdaşlığın yenidən qiymətləndirilməsi və Azərbaycan qazının idxalından asılılığın azaldılması istiqamətində çağırışlar yer alır.Avropa Parlamenti Avropa İttifaqına üzv ölkələrə Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı məhdudlaşdırmaq mümkünlüyünü nəzərdən keçirməyi təklif edir. AP-nin bu təklifləri növbəti dəfə ikili standartlar, islamafobiyanın Qərbdə geniş vüsət aldığını, Qərbin proseslərə öz aspektindən yanaşdığını aydın şəkildə nümayiş etdirir. Avropa Parlamentinin qətnaməsi hüququ qüvvəyə malik deyil. Avropa dövlətlərinin əksəriyyətinin bu qətnamələrə məhəl qoymayacağı, Azərbaycanla tərəfdaşlıqlarını davam etdirəcəkləri, bəzi sahələrdə isə genişləndirməyə çalışacaqları zərrə qədər də şübhə edilmir. Azərbaycan Qarabağ məsələsini birdəfəlik bitirdiyi kimi, qalan məsələləri dəı zamanla yoluna qoyacaq gücdədir. Bu gün Avropanın Azərbaycana çox ehtiyacı var, nəyinki Azərbaycanın Qərbin ikibaşlı oyun oynamağa çalışan təhsisatlarına. Ordumuzun öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməsi Ermənistandan çox ermənilərin maliyyələşdirdiyi Qərbin bir çox siyasətçilərini ciddi şəkildə narahat etdi. Məhz 19-20 sentyabr antiterror tədbirlərindən sonra Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum etməsi barədə qərarın qəbulu deyilənlərin əyani sübutudur.Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunudu və o şəxs kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu ikili standart deyil, bəs nədir?! Almaniya kanslerinin rəhbərlik etdiyi partiyanın üzvü AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkarcasına və məqsədyönlü şəkildə edir. Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki günlük görüşlərinə vasitəçilik edən Almaniya bu addımı ilə tutduqları işi pərdələməyə çalışsalar da, görüşlərin ilk günündən fərqli olaraq, dünən Ceyhun Bayramov və Ararat Mirzoyan arasında nöbvəti dəyirmi masa zamanı bir detal diqqətdən yayınmadı...Münhendə ilk görüş günü Azərbaycan və Ermənistanla yanaşı vasitəçi kimi görüş otağında Almaniyanın da bayrağına şahid olduqsa, ikinci gün fərqli mənzərənin şahidi olduq. Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ikitərəfli görüş əsanasına üç ölkənin bayrağından əlavə Avropa Şurası Parlament Assambleyasının bayrağının o sırada yer aldığı diqqətdən yayınmadı.Belə görünür ki, bu gün Fransanın əmr quluna çevrilməkdə olan Almaniyaya ilk görüşdən sonra rəsmi Parisdən qulaqburması gəlib. Ona xatırladılıb ki, sən unutma ki, Avropa Şurasının üzvüsən. Məhz bu detal Almaniyanın Bayramov-Mirzoyan ikitərəfli görüşündə Avropa Şurasının da bayrağının yerləşdirilməsinə səbəb olub. Bununla da Fransanın baş rolda olduğu Qərbin sözügedən təhsisatları prosesləri yaxından izlədiklərini, Ermənistana "səni tək qoymarıq" mesajı verməyə davam edirlər. Azərbaycana müharibə lazım deyil. Rəsmi Bakı 44 günlük müharibədən sonra çox açıq şəkildə sülhə töhvə verməyə hazır olduğunu qarşı tərəfə dəfələrlə bəyan edib. Lakin bu gün Nikol Paşinyanın "Azərbaycan hücuma hazırlaşır" kimi açıqlamaları rəsmi Bakını daha böyük təzyiqlərlə qarşı-qarşıya qoymaq, sülh danışıqlarını dalana dirəmək məqsədindən başqa bir şey deyil. Tez-tez ritorikasını dəyişməyə alışqan olan Paşinyan anlamır ki, Qərbin fitvasına gec-gec qulaq assa Cənubi Qafqaza sülh gözləniləndən də tez gələ bilər.
Atabəy Türkel












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.