ABŞ-da Şükran bayramı qeyd edilir
29-11-2024, 18:35
Adətən milyonlarla insan Şükran bayramını nahar ziyafəti ilə qeyd edir. Şükran günündə amerikalılar bir ənənə olaraq hind quşu qızardır, şirniyyatlar bişirir, futbol matçına baxır, ailələri və yaxınları ilə birlikdə vaxt keçirir.
Şükran bayramını qohumları və dostları ilə birlikdə qeyd etmək üçün milyonlarla amerikalı aeroportlara gedir və ya maşınla səfərə çıxır.
Nəhəng şarlarla müşayiət olunan Macy’s Şükran Paradı bayramın əsas ənənəvi tədbirlərindən biri sayılır. Hər il Nyu-York şəhərində keçirilən təmtəraqlı Şükran paradını milyonlarla amerikalı izləyir.
Bayram ərəfəsində azgəlirli ailələrə Şükran yeməkləri ilə yardım edilir. Şükran süfrəsi üçün ərzaq anbarlarından həmin ailələrə ərzaq yardımı paylanır. Ərzaq anbarları mağazalar şəbəkəsi də daxil olmaqla, pul və qida şəklində ianələr əsasında fəaliyyət göstərir.
Amerikada ilk dəfə Şükran bayramı 1621-ci ildə bu ölkəyə gələn ilk mühacirlərin Şimali Amerikada sərt qışdan sonra yetişdirdikləri məhsulun bayram edilməsi olub. Bundan bir əsr sonra, 1789-cu ildə Amerikanın ilk prezidenti Corc Vaşinqton bayramın rəsmiləşdirilməsi barədə qanun imzalayıb.