Şimali Koreyanın Cənubi Koreyaya qarşı "zibil terroru" davam edir

29-11-2024, 18:03           
Şimali Koreyanın Cənubi Koreyaya qarşı "zibil terroru" davam edir
Zibillə dolu şarlar yenidən Şimali Koreya ərazisindən Cənubi Koreyaya doğru atılıb.

TASS xəbər verir ki, bu barədə Seul meriyasının məlumatında qeyd olunub.

Səlahiyyətli qurumlar tapılan əşyalarla bağlı vətəndaşlardan polisə məlumat vermələrini xahiş ediblər.

Sonuncu belə hadisə noyabrın 18-də qeydə alınıb. Mayın sonundan bəri 30-dan çox oxşar aksiya həyata keçirilib. Cənubi Koreya ordusu isə sərhəd bölgəsində səsgücləndiricilər vasitəsilə təbliğat yayımlarına başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru