Aydın səmada göy gurultusu

2-03-2024, 10:54           
Aydın səmada göy gurultusu
Amma bu, heç kimin diqqətini cəlb etməyib.
Mərkəzi Bank açıqlayıb ki, ötən il elektron ticarətin dövriyyəsi təxminən 41 milyard manat olub. O cümlədən, ölkədaxili elektron ticarət əməliyyatların həcmi təxminən 39 milyard, ölkəxarici isə təxminən 2 milyard manat olub.
Yəni, ötən il biz xaricdən onlayn formada 2 milyardlıq alış-veriş etmişik
Səmimi olaraq qeyd edim ki, bunlar heyrətləndirici rəqəmlərdir. Xatırladıram ki , cəmi 5 il öncə bu rəqəm ölkə üzrə 2 milyard olub. Yəni indi MB bildirir ki, son 5 ildə e-ticarət dövriyyəsi 20 dəfə artıb.
Hətta cəmi 2 il öncə , 2021-ci ilin sonunda e-ticaret dövriyyəsi , ümumi ticarət dövriyyəsinin təxminən 0.6 %-ni təşkil etmişdi , yəni 7 milyard olmuşdu – iki ilə artım 6 dəfə olub.
Amma burada bəzi anlaşılmaz və izahatına ehtiyac olan məqamlar da var.
Xarici e-ticarət anlaşılandır, əsasən Trendyol, Amazon, eBay, Aliexpress, Alibaba və s. platformaları üzərindən reallaşan onlayn alış-verişdir.
Bəs daxili dövriyyədə əsas xüsusi çəki necədir ?
Mərkəzi Bankın dedikləri ilə Statistika Komitəsinin e-ticarətin dövriyyəsinin hesablanması metodikası üst-üstə düşürmü ?
Bu qurumlar e-ticarət dövriyyəsinə nələri daxil edib ? Hansı nəqdsiz ödənişlər, hansı yerli onlayn platformalar üzərindən, hansı kateqoriya məhsulların satışı və xidmətlər bu dövriyyəyə daxil edilib ? Bütün nəqdiz ödənişlər bu kateqoriyaya daxil edilibmi?
Düşünürəm ki, e-ticarətin statistik göstəriciləri ilə bağlı metodikanın beynəlxalq normalara uyğunlaşdırılmasına ehtiyac var.
Yeri gəlmişkən, qonşu ölkələrdə də bu istiqamətdə sürətli irəliləyiş müşahidə olunur.
Məsələn, Qazaxıstanda cəmi 5 il öncə e-ticarət dövriyyəsinin xüsusi çəkisi 3-4% olmuşdrusa, indi bu rəqəm 12.5 faizdir.
Dünyada isə e-ticarət dövriyyəsi üzrə göstərici təxminən 15 -20 % ətrafındadır.
Osman Gunduz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru