Bu qərardan sonra benzin UCUZLAŞMAYACAQ, sadəcə BAHALAŞMASIN deyə belə bir qərar alınıb
2-03-2024, 11:04
Nazirlər Kabinetinin qərarı ilə bağlı: 1) Bu qərar aviakerasinə və Aİ95, Aİ98-ə aid deyil, 2) Qərar ancaq Aİ92 və dizel yanacağına aiddir, 3) Qərar Rusiyanın yanacaq ixracına qoyduğu qadağa ilə bağlıdır, ölkədə istehlak üçün çatışmayan Aİ92 və dizel yanacağının böyük hissəsini məhz Rusiyadan alırdıq. İndi başqa ölkələrdən almalı olacağıq, bu daxildə qiymətləri artıra bilərdi. İndi güzəşt tədbiq edilir ki, bahalaşma olmasın, 4) Bir daha və daha sadə: Bu qərardan sonra benzin UCUZLAŞMAYACAQ, sadəcə BAHALAŞMASIN deyə belə bir qərar alınıb, 5) 170 illik neftçıxartma və emalı tarixi olan məmləkətimiz hələ də özünü benzinlə təmin edə bilmir, Aİ95, Aİ98 markalı benzin ümumiyyətlə istehsal edə bilmirik, Aİ92 istehsalı isə yetərli deyil. Hətta iş o yerə çatıb ki, Aİ95-in bir hissəsini Gürcüstandan idxal edirik, təsəvvür edirsinizmi?! Natiq Cəfərli TEREF