Qaxın icra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu
24-05-2024, 07:45
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev sosial şəbəkələrdə qınaq obyektinə çevrilib. TEREF oxu.az-a istinadən xəbər verir ki, buna səbəb səyyar qəbul zamanı etdiyi diqqətsizlik olub. Belə ki, o, görüşdə özü və ətrafındakı vəzifəli şəxslərə (rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti qurumlarının rəhbərləri) kölgədə yer rahatladığı halda, onun qəbuluna yazılan Uzuntala kəndinin sakinləri saatlarla günəşin altında oturmaq məcburiyyətində qalıblar. Onu da vurğulayaq ki, qəbul zamanı yaşlı kişilər bağçalarda körpələrə verilən stullarda əyləşdiriliblər.