Azərbaycanda dəhşətli say-1.3 milyon xərcəng xəstəsi var
16-04-2025, 16:24
Ötən il dünyada 15-39 yaş aralığında olan təxminən 1,3 milyon insana xərçəng diaqnozu qoyulub.
XALQ.AZ-ın məlumatına görə, ölkəmizdə də bu xəstəliklə mübarizə aparan gənclərin sayı artır.
Onkoloq Nicat Xanməmmədli də statistikaların gerçək olduğunu vurğulayır və bildirir ki, son illərdə xərçəng diaqnozu qoyulanlar arasında 30 yaşdan aşağı insanlara daha çox rast gəlinir.
Həkim deyir ki, xərçəngin gənc yaş qruplarında artma səbəbləri arasında qeyri-sağlam qidalanma, az fiziki aktivlik, piylənmə və bəzi hallarda genetik faktorlar göstərilir.
Onkoloqun sözlərinə görə, gənclər arasında xərçəng yaradan amillərdən biri də siqaret və alkoqollu içkilərdən istifadədir.
Qeyd edək ki, ölkədə 70 minə yaxın onkoloji xəstə qeydiyyatdadır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: