İcra başçısı istefaya göndərildi, qurumun fəaliyyəti dayandı... - ŞİKAYƏT

17-04-2025, 11:24           
İcra başçısı istefaya göndərildi, qurumun fəaliyyəti dayandı... - ŞİKAYƏT
Nizami rayonu, Əliağa Kürçaylı 13/20 ünvanında yaşayan ehtiyatda olan mayor Məmmədov Mübariz Əhməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qarşılaşdığı problemlə əlaqədar saytımız vasitəsilə səlahiyyətli qurumlara müraciət edir:

“Mən, Məmmədov Mübariz Əhməd oğlu, qeyd edim ki, 2024-cü ildə son yaş həddi ilə əlaqədar Daxili Qoşunlardan ehtiyata buraxılmışam. 2025-ci ilin yanvar ayından kirayə pulunu almaq üçün lazımi sənədləri təqdim etmişəm. Qeydiyyatda olduğum Nəsimi Rayon İcra Hakimiyyətindən indiyə qədər kirayə pulu ala bilmirəm. Səbəb olaraq bildirirlər ki, Nəsimi Rayon İcra Hakimiyyətinə hələ başçı təyin olunmayıb, onu əvəz edən şəxs isə sərəncam vermək hüququna malik deyil.

Kim vəzifədən gedir və yaxud da gəlir, bunun yükünü niyə mən çəkməliyəm?! Səlahiyyətli şəxslərdən xahiş edirəm, mənə köməklik edin”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.