Bizə mane olan bizə kömək edəcək... VİDEO

Bu gün, 16:02           
Bizə mane olan bizə kömək edəcək...  VİDEO
"Qafqaz əsiri" filmində belə bir ifadə var "Bizə mane olan (yəni, Şurik) bizə kömək edəcək" (tot kto nam meşayet, tot i nam pomojet). İndi belə bir vəziyyət Kanadada yaranıb və bunun sevincini yaşayan Kanadanın baş naziri Mark Karni Liberal Partiyasının seçkilərdəki qələbəsini qeyd edir.
Məsələ ondadır ki, Kanadalı liberalların məğlub olacağı, mühafizəkarların isə inandırıcı şəkildə qalib gələcəyi proqnozlaşdırılırdı. Tramp ABŞ-da hakimiyyətə gələrək Kanadanı aşağılamağa başlayanda hər şey dəyişdi. Bununla da o, tənqid etdiyi Liberal Partiyasının seçkilərdə qələbəsini təmin etmiş oldu.
Kanadada güclü anti-Amerika hissləri alovlandı və vətənpərvərlik dəbi yayıldı. Mark Karni deyib ki, Kanada ABŞ-a xəyanətini heç vaxt unutmayacaq.
Dadash Ahmadli
TEREF













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.