AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədlərin adları açıqlanıb - SİYAHI
9-03-2017, 13:02
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə namizədlərin adları açıqlanıb.
“Report”un məlumatına görə, AMEA-nın həqiqi üzvlüyünə namizədliyini irəli sürənlər arasında Ali Attestasiya Komissiyası sədrinin müavini Vəli Hüseynov (fizika üzrə elmlər doktoru), Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Bakı Dövlət Universitetinin kafedra müdiri Nərgiz Paşayeva (filologiya üzrə elmlər doktoru), Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov (filologiya üzrə elmlər doktoru), Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu (filologiya üzrə elmlər doktoru), Tarix İnstitutunun direktoru Yaqub Mahmudov (tarix üzrə elmlər doktoru), Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın (filologiya üzrə elmlər doktoru) adı da var.
Həqiqi üzvlük üçün “Riyaziyyat” ixtisası üzrə (1 vakant yer), “Fizika” ixtisası üzrə (1 vakant yer), “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə (1 vakant yer), “Neft-qaz geologiyası” ixtisası üzrə (1 vakant yer), “Tibb” ixtisası üzrə (1 vakant yer), “Botanika” ixtisası üzrə (1 vakant yer), “Ədəbiyyatşünaslıq” ixtisası üzrə (1 vakant yer), “Dilçilik” ixtisası üzrə (1 vakant yer), “Sənətşünaslıq” ixtisası üzrə (1 vakant yer),“Tarix” ixtisası üzrə (3 vakant yer) və “Şərqşünaslıq” ixtisası üzrə (1 vakant yer) elan verilib.
Müxbir üzvlüyə namizədlərin siyahısında isə Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov (tibb üzrə elmlər doktoru), Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə (sənətşünaslıq üzrə elmlər doktoru), Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı (tarix üzrə elmlər doktoru) və başqalarının adları yer alıb.
Müxbir üzvlük üçün “Riyaziyyat” ixtisası üzrə (1 vakant yer), “Fizika” ixtisası üzrə (1 vakant yer), “Kompüter elmləri” ixtisası üzrə (1 vakant yer), “İnformatika” ixtisası üzrə (1 vakant yer), “Radiasiya materialşünaslığı” ixtisası üzrə (1 vakant yer), “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə (1 vakant yer), “Neft-qaz geologiyası” ixtisası üzrə (1 vakant yer), “Biofizika” ixtisası üzrə (1 vakant yer), “Fiziologiya” ixtisası üzrə (1 vakant yer), “Aqrar elmlər” ixtisası üzrə (1 vakant yer), “Tibb” ixtisası üzrə (1 vakant yer), “Ədəbiyyatşünaslıq” ixtisası üzrə (1 vakant yer), “Folklorşünaslıq” ixtisası üzrə (1 vakant yer), “Sənətşünaslıq” ixtisası üzrə (1 vakant yer), “Tarix” ixtisası üzrə (1 vakant yer), “İqtisadiyyat” ixtisası üzrə (1 vakant yer), “Fəlsəfə” ixtisası üzrə (1 vakant yer), Naxçıvan Bölməsi müxbir üzvlüyə namizədlər üçün “Kimya” ixtisası üzrə (1 vakant yer), “Psixologiya” ixtisası üzrə (1 vakant yer), Gəncə Bölməsi müxbir üzvlüyə namizədlər üçün “Botanika” ixtisası üzrə (1 vakant yer) nəzərdə tutulub.