Çıldıran düzünü İrandan Türkiyəyə köçürdən "böyük" akademikimiz.. - Belə bir alimi olan milləti Allah necə bağışlasın ki?
9-03-2017, 20:47
“Mən “türk” sözünün də əleyhinəyəm. Mənim üçün ən əziz dil Azərbaycan dilidir. Gürcü bizə “tatar”, rus ayrı söz deyir. Bu baxımdan da türklər bizə çox ziyan gətirib”. teref.az Publika.az-a istinadən xəbər verir ki, bunu akademik Çingiz Qacar deyib. O, deyib ki, türklər hətta, ruslardan da çox ziyan vurub. “Misal üçün, türklərə görə Azərbaycan musiqisi yox olub. Bizim çox gözəl təsniflərimiz, rəqslərimiz var idi. Hamısı tamam itib gedib. İndi axmaq-axmaq, melodiyasız mahnılar oxuyurlar. Bütün alver də türklərin əlindədir. Marketlərdə hər şey türkcə yazılır. Biz tarixi mahnılarla yaşayırdıq. Ancaq indi o mahnıların çoxu yox olub. Mən istəyirəm ki, hər şey sırf Azərbaycan dilində olsun. Ona görə də keçmiş tariximizdə Azərbaycanın ən böyük düşməni türklər olub. Tarixə baxın, görün Osmanlı İmperiyası Təbrizi neçə dəfə dağıdıb? Təbrizi, Gəncəni türklər yox edib, dağıdıb. Osmanlı qoşunu Çaldıran döyüşündə minlərlə türkü öldürüb. İndi də həmin Çaldıran düzü Türkiyədədir, indiki Qars ərazisində yerləşir. Halbuki Çaldıran düzü bizim olub, orada yaşayan əhali indi də Azərbaycan dilində danışır…” -deyə, o, sözlərinə əlavə edib.