Peterburq metrosunda terror aktında yaralanmış azərbaycanlı qız dünyasını dəyişdi
4-04-2017, 09:27
O, ağır vəziyyətdə yaralı olub
Sosial şəbəkələrdə yayılmış xəbərə görə, bu gecə Rusiyanın Sankt-Peterburq şəhərindəki xəstəxanalardan birində ötən gün metroda törədilmiş terror aktı nəticəsində yaralanmış azərbaycanlı qız dünyasını dəyişib. İstiPress-in məlumatına görə, bu barədə moscow-baku.ru saytı yazıb.
21 yaşlı Dilbər Əliyeva ağır vəziyyətdə xəstəxanaya gətirilərkən səhvən Tamara Əliyeva kimi qeydiyyatdan keçirilib. O, ağır vəziyyətdə yaralı olub.
Qeyd edək ki, Sankt-Peterburq şəhərində metronun "Sennaya Ploşad" stansiyasında vaqonlardan birində baş vermiş partlayış nəticəsində ilkin məlumata görə, 11 nəfər ölüb, 51 nəfər xəsarət alıb. Tanrı ruhunu qəbul etsin!