Doğmaları İŞİD sıralarında döyüşən separatçı İŞİD təhlükəsindən dəm vurur – sensasion faktlar

8-04-2017, 09:19           
Doğmaları İŞİD sıralarında döyüşən separatçı İŞİD təhlükəsindən dəm vurur – sensasion faktlar
Fəxrəddin Aboszadə: ikiüzlü Yanusun canlı təcəssümü

Ermənistanın ölkəmiz əleyhinə apardığı informasiya müharibəsi çərçivəsində bu ilin fevralında İrəvanda hay-küylü başlığı olan “Qafqaz-Xəzər regionunun avtoxton xalqları institutunun əsərləri” bədnam nəşri işıq üzü görüb. Nəşrin başlığının özü elə erməni təbliğat kampaniyasının hədəflərini ortaya qoyur.
Qafqaz-Xəzər regionunun avtoxton (köklü-red.) xalqları: Aralıq dənizi mənşəli ermənilərin onlara nə dəxli var, anlamaq olmur. Nəşrin qarışıq kollektivi xüsusi xidmət orqanları ilə əlaqəli adamlarla bərq vurur. Burda həm “keçmiş” xəfiyyə-irançı Qarnik Asatryan yer alıb, həm də hansısa Levon Yepiskoposyan var. Sonuncu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq əməkdaşlarından biri olmuş və siyasi axtarışlar sahəsini kurasiya eləmiş Qrant Yepiskoposyanın ən yaxın qohumudur. Yəqin ki, işə cəlb edilmiş müəlliflər arasında Ermənistanın xüsusi xidmət orqanlarının nəzarətində olan adamlar da var. Ona görə bu adamların yaşadığı ölkələrin müvafiq strukturları öz alimlərinin hərəkətləri ilə maraqlanmalıdır.

Nəşrin müəlliflərinin sırasında ermənipərəst separatçı Fəxrəddin Aboszadə də yer alıb – hansı ki, Azərbaycan cəmiyyətinə ölkəmizdə millətlərarası ədavəti qızışdırmağa yönəlmiış hərəkətləri ilə yaxşı tanışdır. “Doğma” və “ədalətli” Ermənistana çoxsaylı səfərləri də yadda qalan separatçı bu dəfə “Azərbaycan sərhədində yeni xilafət” adlı başabəla opusu ilə ortalığa çıxıb. Burada o, terror təşkilatı İŞİD-in Azərbaycan və Gürcüstana (nədənsə Ermənistanın adını çəkmir) hədələrindən bəhs edir.

İndi bu nədir – xırda separatçının ixtisas dəyişərək, iri politoloqa çevrilməsi, yoxsa Aboszadə aktual bir şeydən yazır? Ya bəlkə o, yenı də özünə diqqət cəlb eləmək niyyəti güdür?

Bütövlükdə F.Aboszadənin İŞİD kontekstində fəaliyyəti barədə mətbuatda az məlumat var. Bundan öncəki məlumatda o, 2013-cü ilin sonlarında Suriyanın Rakka şəhərində kürdlərin “Demokratik ittifaq” partiyasının həmsədrinin oğlu Şervan Muhəmmədin həlak olması ilə bağlı bu partiyaya başsağlığı verdiyi bildirilir. Kürd separatçılarının İŞİD-lə qarşıdurmasında birincilərin tərəfini tutmaqla Aboszadənin nə dərəcədə səmimi olduğunu heç olmasa, ondan bilmək olar ki, həmin Rakkada, İŞİD tərəfdə onun ən yaxın qohumları döyüşür.

O sırada onun doğma bacısı Hədiyyə Abbasovanın övladları tam tərkibdə - ailələri ilə birgə İŞİD uğrunda vuruşmaq üçün 2013-cü ildə Suriyaya gediblər – özü də Şervan Məhəmməd həlak olmamışdan öncə. Onların arasında Fəxrəddin Aboszadənin bacısı oğlu Hünər Həsənov da var. Həmin il o, Rakkaya yollanarkən özü ilə bərabər, bu kişi ehtiraslarının cəhənnəminə arvadı və 17 yaşlı qızını da aparıb.

Eyni məkana - Suriyaya Aboszadənin həmin bacısının kürəkəni Seymur Hüseynov da yollanıb – o da öz arvadı, iki oğlu və qızı ilə birgə. S. Hüseynov həlak olaraq, həm arvadını, həm də üç övladını İŞİD-li qardaşlarının mərhəmətinə buraxıb. Həlak olan terrorçuların dul arvadlarının başına nə gəlir, ümumiyyətlə, İŞİD üçün qadının rolu nədən ibarətdir – KİV-lərdə getmiş materiallardan yaxşı məlumdur.

Ancaq təəccüblənməyə tələsməyin. Hədiyyə Abbasovanın digər iki kürəkəni – İmran Qasımov və Xəyyam Həsənov da öz ailələri ilə birgə 2013-2014-cü illərdə Suriyada İŞİD-ə qoşulublar. Göründüyü kimi, Aboszadənin yaxın qohumları talışlar üçün ənənəvi olan şiə İslamına arxa çevirərək, şiələrin qatı düşmənlərinə xidmət etməyə yollanıblar və hələ də Rakkada yaşayırlar. Onlar həm də İŞDİ-in “şəriət polisi”ndə və “məhkəmə orqanları”nda çalışırlar.
Əlbəttə ki, Aboszadənin Ermənistan və digər ölkələrin xüsusi xidmət orqanları ilə qazandığı əlaqələri nəzərə alsaq, ehtimal eləmək çətin deyil ki, o, terror təşkilatı ilə əməkdaşlıq edən qohumlarını çoxdan satıb – onun öz doğmaları haqda müvafiq informasiyaları lazımi yerdə saxlanılır. Ancaq yenə sual ortaya çıxır ki, bu adam xüsusi xidmətlərə qarşı səmimidir, ya yox? Axı, məhdud dairələrdə onun olduğu düşərgəni ilk dəfə dəyişmədiyi yaxşı məlumdur.
O zaman niyə də belə ehtimal irəli sürməyək: Aboszadə öz aləmində xüsusi xidmətlərdən istifadə edib Rakkaya “hicrət”ə hazırlaşır – harda ki, təbliğat fəaliyyəti sahəsində təcrübəyə terrorçuların ehtiyacı olacaq. Yaddan çıxarmayaq ki, İŞDİ informasiya əməliyyatlarına həmişə böyük diqqət ayırır. Hər halda, yaşayarıq görərik.

Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.