Nəsil-nəcabətini unutmuş satqın Şahin Mirzəyev necə “patriot” oldu...

8-04-2017, 09:46           
Nəsil-nəcabətini unutmuş satqın Şahin Mirzəyev necə “patriot” oldu...
Azərbaycandan olan dələduza Ermənistan hakimiyyətinin göstərdiyi qayğı və diqqətin sirri barədə bir daha

Bu ilin fevralın əvvəllərində 1960-cı il təvəllüdlü, özünü talış kimi təqdim edən və guya etnik mənsubiyyətinə görə təqiblərlə üzləşmiş Mirzəyev Şahin Sahil oğlu ad-soyadlı birisi Ermənistana gələrək, siyasi sığınacaq aldı. Dərhal da erməni xüsusi xidmət orqanlarının təbliğat ruporları “zərərçəkən”in müdafiəsinə qalxdı. Az qala sərhəddəcə onu özü kimi ekspertlərlə birgə Xankəndinin blokadasının yarılması ilə bağlı müşavirədə iştirak üçün dəvət olundu.


Təəccüblü deyil, amma niyə Xankəndi indiyədək blokadadadır, əgər gördüyümüz kimi, Ermənistan Milli Təhlükəsizlik Xidməti bu işdə o cür ekspertlərlə əməliyyat keçirirsə. Ancaq hər şey barədə ardıcıllıqla.


Ondan başlayaq ki, Şahin Mirzəyev əslən Lerikin talışlar yaşamayan Kəlvəz kəndindəndir. Başabəla patriotun öz ailəsində də heç vaxt talışca danışmayıblar. Mirzəyevlər ailəsinin üzvləri hətta heç Lerikin köklü sakinləri də deyillər. Onların əsli Qərbi Azərbaycana gedib çıxır. Oradan onların əcdadları İrana, İrandan da Lerikə keçiblər. Bu fakt Azərbaycanın talış ictimaiyyətinə yaxşı məlumdur.


Mirzəyevin Rusiyada qətlə görə həbs, çoxarvadlılıq, başı ayılmayan sərxoşluq və Azərbaycanın ictimai-siyasi təşkilatlarında dələduzluqla üzvlüyü (məsələn, onun Müsavat Partiyasında üzvlüyü və oradan təxribatçı hərəkətinə görə qovulması nəyə desən dəyər) kimi “zəngin” həyat yolu nəzərə alınarsa, onun hərəkətinin motivi aydın olar.


Əlbəttə ki, Şahinin həyatına təhlükə olduğunu istisna eləmək olmaz və o da məhz Ermənistana qaça bilərdi. Səbəbləri isə daha çox onun 3 arvadında axtarmaq lazımdır: birinci arvadı doğma Lerikdən olan xalası qızı idi, ikinci həyat yoldaşı uzun əlləri Rusiyanın hər yerinə çatan cəsur Qafqaz xalqlarından birinin nəslinə mənsub idi, üçüncüsü isə sadəcə, Bakıdakı mənzilində sərxoş Mirzəyevi öz himayəsinə götürən bir qadın idi.


Ancaq Mrzəyevin içində müntəzəm yuva salmış “yaşıl ilan” da elə hər şeyi korladı. Məsələ ondadır ki, bədnam “azadlıq hərəkatının üzvü” tərəfindən döyülən üçüncü arvad bu barədə dəfələrlə qonşularla şikayət eləmişdi. Daha sonra qadın belə görünür, “Döyürsə, demək, səni sevir” deyimini nəzərə alıb zövqə girdi və onunla dünyanın o başına, yəni Ermənistana belə şütüdü.


İş də ondadır ki, məhz bugünkü Ermənistan milli ideyaların tam fiaskosu və türkofobiya təbliğatı fonunda müxtəlif sort dələduzlar üçün sığınacağa çevrilib. Burada onlar, özlərinin fikrincə, hətta qoca vaxtında da simurq quşu tək “cavanlığın” bütün çirklərindən yuyunmaq və cəsur qəhrəmanlar kimi küldən təzədən dirilmək şansı qazanırlar.


Özü kimi dələduz axtarıb tapan - hansını ki, artıq talış fəalı kimi təqdim eləmək olar - erməni əməliyyat işçisinin də əməyini dəyərləndirmək lazımdır. Şükür ki, şahid də həmişə əl altındadır - Sankt-Peterburqdan yorulmadan xəbərlər verən bədnam Zabil Məhərrəmov kimi. Hərçənd, ondan soruşmaq olar ki, hansı haqla Şahin Mirzəyev talış olmaya-olmaya və bunu da hamı bilə-bilə, talış xalqının adından çıxış edir?


Erməni KİV-lərin yaydığı informasiyalara əsasən, Mirzəyevi İrəvandakı mənzildə yerləşdiriblər. Halbuki, Ermənistan rayonlarından olan gənc ermənilər orduda qulluq edib gəldikdən, bəzən işğal altındakı Azərbaycan ərazilərində güllələrdən möcüzə sayəsində sağ qurtulandan sonra paytaxtda iş və ev tapa bilmirlər, erməni Qarabağ müharibəsinin veteranları isə ya təqib edilir, ya da həbsxanada otururlar. Azərbaycandan olan dələduza Ermənistan hakimiyyətinin göstərdiyi qayğı və diqqət özlüyündə çox şey deyir.


Bəlkə də davamlı şəkildə öz çıxışları ilə talışların adından Azərbaycanın ümummilli problemlərindən, o sırada Qarabağ müharibəsindən yaxasını kənara çəkən və bütün azərbaycanlıları təhqir edən bu zata diqqət ayırmağa dəyməzdi. Axı, elə təkcə Lerik rayonundan 137 nəfər Qarabağda şəhid olub. Təkcə Lerik Azərbaycana 5 Milli Qəhrəman verib.


Ermənistan Azərbaycanda millətlərarası barışı pozmaq üçün on illərdir informasiya müharibəsi aparır. Lakin belə israrlı cəhdlərə və xarici qüvvələrin dəstəyinə rəğmən, yalnızca “öz nəsli-kökünü unutmuş Şahini” işıq üzünə çıxara biliblər. Bu da bir daha sübut edir ki, talışları öz Vətənləri ilə - Azərbaycanla savaşdırmaq istəyi uğursuzluğa məhkumdur.


Erməni başabəla strateqlərinin uğursuzluğunun bir səbəbi - onların dünya görüşünün məhdudluğundadır: monoetnik mühitdə böyüyən adamlar müxtəlif millətlərin və xalqların nümayəndələrinin konfliktsiz, dinc yanaşı yaşamasını sadəcə olaraq, dərk eləmək iqtidarında deyillər. O üzdən də özlərinin dar düşüncəsi əsasında öyrəncəli olduqları şeyləri kopyalayırlar - həm də elə bir vaxtda ki, Ermənistanın özündə kilsə səviyyəsində yezdi kürdləri ilə nikahlar qadağan edilib. Hakimiyyət tərəfindən onların öz ənənəvi maldarlıqla məşğul olmasına hər cür əngəllər yaradılır, parlamentin deputatları bu xalqı açıq şəkildə təhqir eləməkdən çəkinmirlər, Avropa strukturları isə Ermənistan hökumətindən mütəmadi şəkildə situasiyanı düzəltməyi tələb edir. Hünərli xüsusi xidmət orqanları da axtarırlar, tapmayanda isə Azərbaycanda milli azlıqların haqlarının pozulması barədə uydurmalar fikirləşirlər.


Bütün bunlara rəğmən, Azərbaycanın cənub, mərkəzi və şimal rayonlardan müxtəlif millətlərin mənsubları olan sıravi əsgər və zabitlər cəbhə xəttində hərbi xidmətlərini davam edirlər - hansı oğullar ki, düşmənin yaxınlaşdığını görən kimi anındaca tətiyə basmağa və Vətənin müdafiəsi naminə özlərini qurban verməyə hazırdırlar.


Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.