Azərbaycanda məmurların çoxu namaz qılır”

10-04-2017, 14:40           
Azərbaycanda məmurların çoxu namaz qılır”
“Azərbaycanda namaz qılan məmurların sayı çoxdur. Onlar arasında səmimi olanlar və səmimi olmayanlar da var”.

Bunu AzVision.az-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.

Deputatın fikrincə, ölkəmizdə məmurların çoxu namaz qılırlar: “Mən bilirəm ki, orta səviyyəli məmurlarımız arasında inanclı insanlar daha çoxdur. Onlar inanclarına görə sıxışdırılırlar. Bu, yalnış bir yanaşmadır. Bu tendensiyanı dayandırmaq lazımdır”.

Prezident İlham Əliyevin Məkkə və Mədinəyə ziyarətinə toxunan deputat bəzi məmurları, nazirləri ölkə başçısından nümunə götürməyə çağırıb.

“Dövlət başçısının bu addımı ölkədəki dinadarlara qarşı münasibəti nümayiş etdirdi. Yəni, əslində İslam təhlükə deyil, insanların mənəvi cəhətdən təmizlənmələri üçün vacib olan bir dindir. Əgər bunu məmurlar başa düşmürlərsə, demək ki, vəziyyət daha acınacaqlıdır. Ümid edirik ki, bu səfərdən sonra onların bir çoxlarının dinə yanaşmaları dəyişəcək. Yəqin ki, onlar da Ümrə ziyarətinə gedəcəklər”.

Millət vəkilinin sözlərinə görə, bizdə narktotik maddə və içki təbliğatını aparan insanlara münasibət dindarlara münasibətdən üstündür.

“Bizdə narkotik və içki ilə məşğul olmaq qəbahət sayılmır. Bəzi məmurlar bunu stimullaşdırırlar.Yaxud da televiziyada müxtəlif əyləncə həyatı keçirən insanlara normal yanaşırlar ki, təki onlar inanclı olmasınlar. Bu da cəmiyyətin mənəvi deqradasiyasına gətirib çıxarır. Prezidentin bu ziyarətindən sonra ölkədəki bəzi özbaşınalıqlara son qoyulması istiqamətində ciddi addımlar atılacaq”-deyə deputat vurğulayıb.

F.Mustafa namaz qılmayan və ziyarətə getməyən məmurlara öz məsləhətini də verib: “Bu onların öz seçimidir. Daha çox dürüst olsalar, içlərində Allah qorxusu olsa və hər şeyə daha ədalətli yanaşsalar cəmiyyət üçün daha faydalı işlər görmüş olarlar. Belə olan halda insalar daha çox bir-birinə güvənərlər. Bəzi məmurlarımız namaz qılmasalar da Cümə namazlarına bizimlə birlikdə gedirlər. Bir çoxları da məscidə getməyə qorxurlar, yaxud da nədənsə çəkinirlər. Bu artıq onların öz problemidir. Bunun nəyindən çəkinməlidirlər? Bu məsələdə hər kəs öz düşüncə və baxışlarını sərbəst yaşamalıdırlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.