«AccessBank» modernləşmə adı altında 700 işçini ixtisar edir

17-04-2017, 20:51           
«AccessBank» modernləşmə adı altında 700 işçini ixtisar edir
Azərbaycanın bank sektoru titrəməkdə davam edir: kredit təşkilatlarının filialları bağlanır, bu strukturların menecmenti tam heyətlə və ya qismən dəyişir

Bütün bu “modernləşmələr” və “optimallaşmalar” ştatların ixtisarları ilə müşayiət edilir. Turan agentliyinə sızan informasiyaya əsasən, yüz faiz xarici kapitallı və altı beynəlxalq maliyyə institutuna məxsus «AccessBank»-da ciddi silkələnmələr baş verib.

"EcoFin" xəbər verir ki, bankın 13 regional və şəhər filiallarının ləğvi nəticəsində 700 əməkdaş ixtisara düşüb, bu da təşkilatın bütün kadr heyətinin 40%-i təşkil edir.

Bunlar əsasən əməliyyatçılar və kredit mütəxəssisləridir. Ancaq bu son deyil. Qalan əməkdaşların əmək haqları 20-30% azaldılıb. Gələcəkdə işdən azad edilmələr və maaş azaldılması istisna deyil, bu da bəzi təcrübəli işçiləri “öz xoşu ilə” getməyə məcbur edəcək. Bütün bunlar «AccessBank»-ın yaşadığı ciddi problemlərə işarə edir.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev qeyd edir ki, böyük həcmdə ödənməmiş kreditlərlə birgə güclü kapital axını faktiki olaraq bankların fəaliyyətini iflic edib. Likvidlik çatışmazlığı, korporativ kreditləşmə artımının və pərakəndə kreditləşmənin azalması, kredit və depozit portfellərinin pisləşməsi, problemli ssudaların payının artması da ciddi problemdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.