Ziya Məmmədov bütün əmlakını satışa çıxarır

18-04-2017, 10:55           

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov özünə və ailəsinə məxsus Azərbaycandakı bütün əmlaklarını - hotellərdən tutmuş restoranlaradək satmaq niyyətindədir.

"Qafqazinfo” xəbər verir ki, bu haqda "Yeni Müsavat” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə bu haqda məlumat verən mənbə Məmmədovların bundan sonar Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüzlüyünü anladığını qeyd edib. Sabiq nazirin varidatı ilə bağlı bu illər ərzində çox faktlar açıqlanıb. Onun var dövlətinin bir neçə milyard olduğu bildirilir.

Qeys edək ki, fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv olundu. Bundan sonra yalnız 1 dəfə medianın sualına cavab verən Z. Məmmədov "daha sıravi vətəndaşam”, "dincəlirəm” demişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.