Abbas Abbasov yenə “kukla” kimi hakimiyyətə qarşı toparlanır - Proje
27-04-2017, 00:34
“Milyarderlər İttifaqı”nda təmsil olunan şəxslər arasında ən diqqət çəkən isimlərdən biri Baş nazirin keçmiş müavini Abbas Abbasov idi
Ulus.Az xəbər verir ki, 2013-cü il prezident seçkiləri müxalifətdən ötrü biabırçılıqla, gizli fəaliyyətdə olan qaranlıq qüvvələrin isə darmadağın olması ilə başa çatdı.
“Milyarderlər ittifaqı”nı yaratdılar. Bakıdakı ruspərəst narazıları isə Ziyalılar Forumu adlı saxta dissident hərəkatının pərdəsi altında gizlətdilər.
SSRİ KQB-sinin agnetura şəbəkəsinin bütün “ağsaqqalları”nı - Eldar Namazovdan Rüstəm İbrahimbəyova qədər hamısını - səfərbər etdilər.
Kremlin nəzarətində olan bütün “yağlı” adamları və heç nəyə yaramayan Söyün Sadıqov kimi agentura tör-töküntülərini isə Abbas Abbasovun ətrafına yığdılar. İndi 2018-ə hazırlıq getdiyi barədə fikirlər səslənir.
O, hətta sarsıdıcı məğlubiyyətdən və ifşa olunandan sonra da bəyan edir ki, Rusiya azərbaycanlılarının lideri olaraq qalır və “Rusiya ilə Azərbaycan arasında dostluğu gücləndirmək naminə işləməkdə” davam edir.
A.Abbasov yenidən hakimiyyətə qarşı “kukla” kimi istifadə oluna bilər. Gələn ilki seçkilər ərəfəsində Moskvadakı dairələrin onu dingillətməsi mümkündür.
Şərti adı “Milyarderlər ittifaqı” olan oliqarxlar vadisi təzədən siyasi arsenala çıxmağa hazırlaşır. Kremlin təzyiq rıçaqına çevirdiyi bu təşkilatın missiyası seçkidən-seçkiyə fəallaşmaqdır.
Rusiyanın Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edirsə, arxasından yeni proje çıxacağı şübhəsizdir.
Moskva 2018-ci il prezident seçkilərində yeni namizədlə iştirak etməyi planlaşdırır. Bu planın tərkib hissəsi isə ÜAK-ın qeydiyyatını ləğv etməkdir. Başqa bir tərəfdən, prezident İlham Əliyev hakimiyyətinə 2018 seçkisində təzyiq etmək üçün “Milyarderlər ittifaqı”nı hərəkətləndirmək lazımdır.
Qərb institutları hakimiyyətə insan haqları və demokratiya mövzusunda təzyiqlər edirsə, Rusiyanın şantajı daha çox bu üslubda olur - meydana öz texnikasını çıxarır. Hər halda 2013 hadisələri yaddan çıxmayıb.