Nazirliklərdən “benzin əməliyyatı”: Ölkə prezidenti İlham Əliyevin qiymət artımı ilə bağlı qərarı

18-11-2017, 10:03           

Ölkədə benzinin və dizelin qiymətinin qalxmasından sonra süni qiymət artımına yol verənlər cəzalandırılacaq; Prezidentin də bu barədə göstərişi var və artıq müvafiq qurumlar monitorinqə başlayıb...

İqtisadiyyat Nazirliyi ilə bərabər Vergilər Nazirliyi və hüquq-mühafizə orqanları süni qiymət artımına gedən işbazlarla bağlı təftişə start verir.

Azərbaycanın sürətli iqtisadi inkişafı bütün sahələrdə olduğu kimi, istehlak bazarındakı bolluqla da özünü göstərir.

Əgər müxtəlif ticarət və xidmət obyektlərində müxtəlif qiymətlər təklif olunursa, şübhəsiz ki, alıcı özünə sərf edən varianta - daha ucuz qiymətə üstünlük verəcək.

Ən vacibi istehlakçıya bu imkanın yaradılmasıdır. İstehlakçı üçün bu imkan satışda olan hər bir malın üzərində onun qiymətinin göstərilməsi yolu ilə yaradılmalıdır.

Bu isə, həm də istehlakçının malın qiyməti barədə doğru və düzgün məlumat almaq barədə qanunvericilikdə təsbit olunmuş hüquqlarının təmin olunmasıdır.

Əldə ediyimiz xəbərə görə, monitorinqlərin nəticələri müntəzəm olaraq təhlil olunur, qiymətlərdə qeydə alınan dəyişikliklərin səbəbləri araşdırılır, süni qiymət artımına yol verilməsinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür.

Bu məqsədlə istehlak bazarında satışda olan malların əsas idxalçıları, istehsalçıları və satışı ilə məşğul olan sahibkarlarla, habelə aidiyyəti dövlət qurumları ilə birgə müzakirələr aparılır və müvafiq tədbirlər həyata keçirilir.

ABŞ dollarının bahalaşması fonunda ölkəyə idxal olunan məhsulların qiymətindəki artımı başa düşmək olar.

Amma hazırda müşahidə olunan qiymət artımı ABŞ dollarının bahalaşması sərhədlərini də keçib, yerli istehsal olan mal və məhsulların bahalaşması isə ümumiyyətlə anlaşılan deyil.

Bütün bunlar isə bəzi işbazların yaranmış fürsətdən istifadə edərək ölkədə xaos yaratmaq məqsədlərindən xəbər verir.

Ölkə prezidenti İlham Əliyev sonuncu çıxışında da süni qiymət artımına yol verənlərin sərt şəkildə cəzalandırılacağının anonsunu vermişdi.

Baş verənlər isə artıq bu istiqamətdə əməli addımların atıldığını düşünmək üçün əsaslar yaradır. Prosesin bundan sonra da davam edəcəyi və həbslər dalğasının davamlı olacağı isə istisna deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.