Əlimərdan bəy Topçubaşov -- Azərbaycan tarixinin yetirdiyi ən nəhəng şəxsiyyətlərdən biri VİDEO/FOTO

4-06-2018, 09:04           

Bu ,bizik ..!
teref.az - O,ABŞ prezidenti V.Vilsona deyirdi: “Biz uzaq Qafqazdan, buradan bir neçə min mil uzaq olan Azərbaycandan gələrək, xalqımızın azad və müstəqil həyatı üçün Sizə minnətdarlığımızı bildiririk. …Biz ümid edirik ki, konfrans bizi dinləyəcək və biz Millətlər Cəmiyyətinə buraxılacağıq. Biz əminik ki, bütün xalqlar kimi biz də sizin böyük prinsipləriniz əsasında yardım alacağıq”
Vilson nümayəndə heyətini qəbul etdi ...
Sabah XX əsrin əvvəllərində yaradılmış Azərbaycan Cümhuriyyətinin dünya birliyi tərəfindən de-fakto tanınmasında böyük rol oynayan AC-nin memarlarından biri Cümhuriyyətin Parlamentinin Sədri (1918-1920) olmuş görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşovun vəfat günüdür Birmənalı olaraq demək lazımdır ki ,Əlimərdan bəy Topçubaşı (Topçubaşov) Azərbaycan tarixinin yetirdiyi ən nəhəng şəxsiyyətlərdən biridir
Deyirlər ki, müstəqilliyi əldə etmək və yaxud elan etmək asan, onu qəbul etdirmək, qoruyub saxlamaq isə çətindir. Bu mənada Şərqdə ilk demokratik cumhuriyyət olan Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Mustafa Mahmudov, Həmid bəy Şahtaxtinski və digərlərinin adı ilə bağlıdırsa, qazanılmış müstəqilliyin dünyaya de-fakto tanıdılması Azərbaycan xalqının böyük oğlu, əslən İrəvan əsilzadələrindən olan Əlimərdan bəy Topçubaşovun adı ilə bağlıdır.
Həm də deyək ki , Əlimərdan bəy Topçubaşov Həsən bəy Zərdabinin kürəkəni idi Yeri gəlmişkən deyim ki ,Əlimərdan bəyin anası Sevər xanım Vəkilovlar nəslinə mənsub idi
Əlimərdan bəy 1934-cü il noyabr ayının 5-də saat 12:00 də keçirdiyi ağır iflic nəticəsində vəfat etdi. O, Paris yaxınlığındakı Sen-Klo məzarlığında dəfn olunur.
Məhəməd Əmin Rəsulzadə onun ölümü haqqında deyəcəkdi : “Vaxt gələcək, ölkəmiz azad olacaq, parlamentinin ilk sədrinə minnətdarlıq hissi nümayiş etdirən xalqımız onun müstəqilliyi uğrunda yorulmadan döyüşən insanın adını yaddaşlara əbədi həkk edəcək”
.Allah Rəhmət Eləsin ..!
Baba Allahnezerov.
teref.az.
[media=https://www.youtube.com/watch?v=OvKhxerU8LM]













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.