Gəncəlilər gördüklərinə inanırlar...

7-07-2018, 00:23           
Gəncəlilər gördüklərinə inanırlar...

Son günlərdə Gəncədə baş verən hadisə ilə bağlı məqsədli şəkildə bəzi Kütləvi İnformasiya vasitələrində və sosial şəbəkələrdə yazılan dezinformasiyalarla cəmiyyətdə çaşqınlıq yaratmağa çalışırlar. Bu da haqlı olaraq Gəncə saknlərində narahatçılıq yaradır. Lakin kim nə yazırsa yazsın, nə deyirsə desin Gəncə sakinləri gördüklərinə inanırlar.

Nizami yurdunun sakinləri 2011-ci ildən üzü bu yana kimi Gəncədə bir-birinin ardınca inşa edilən muzeylərin, parkların, abadlaşdırılan küçələrin, tarixi-memarlıq abidələrinin bərpasının, bu qədim şəhərin ən yeni tarixini yazıldığının şahidi olublar. İrimiqyaslı infrastruktur layihələrin, geniş abadlıq-quruculuq işlərinin uğurla davam etdirilməsi sayəsində şəhər insanların gözləri önündə gündən- günə gözəlləşib.

Yaxşı xatırlayırıq, vaxtı ilə Gəncənin giriş hissəsi Alüminium zavodunun zəhərli tullantılarının təsirindən yararsız vəziyyətə düşmüşdü. Şəhərdə yaşıllıq demək olar ki, yox dərəcəsində idi. Bu bizi bir ziyalı kimi narahat edirdi. Ölkə Başçısı cənab İlham Əliyevin Sərəncamı ilə Elmar Vəliyevin Gəncə şəhər İcra Hakimiyyətinə rəhbər vəzifəyə təyin edildikdən sonra qısa müddət ərzində aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində şəhər yaşıllıqlara qərq oldu, yeni görkəminə qovuşdu. Xüsusi ilə qeyd eləmək istəyirik ki, ətraf mühit problemlərinin həlli istiqamətində görünməmiş miqyasda işlər həyata keçirildi. Ekoloji balansın qorunmasında şəhərdə gözəl bir landşaft yaradıldı. 450 hektar yararsız, boş sahədə dünyanın 5 böyük parklarından biri olan Heydər Əliyev parkı salındı. Dünyanın hər yerindən gətirilmiş ekzotik, yabanı, meyvə ağacları bir zamanlar yarasız torpaqlara yeni həyat verdi. Gəncənin müasir tarixində ən böyük sosial layihə olan içməli su xətlərinin və kanalizasiya sisteminin yenidən qurulması ekoloji istiqamətdə görülmüş ən vacib işlərdən oldu. Gəncə nəinki regionun, dünyanın ekoloji tarazlığının qorunduğu şəhərlərdən birinə çevirildi.
Gəncəlilər bu işlərin davamını gözləyirlər.


Sevda Əhmədova,
Gəncə Dövlət Universitetinin professoru,
Biologiya elmlər doktoru.

Heydər Kərimov,
Gəncə Dövlət Universitetinin “Fəxri professoru”,
Kimya elmləri üzrə fəlsəfə doktoru.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.