Milli təhlükəsizliyimizə əsas təhdid

7-08-2018, 00:18           
Milli təhlükəsizliyimizə əsas təhdid
Suriyada döyüşən azərbaycanlılar
"Milli təhlükəsizliyimizə əsas təhdidlərdən biri - dini ekstemizm". İstiPress-in şimal bürosunun məlumatına görə, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Quba icra hakimiyyəti ilə birgə keçirdiyi zona müşavirəsi bu mövzuya həsr olunmuşdu.

Müşavirədə şimal bölgəsinin 5 rayonunun - Qusar, Quba, Şabran, Xaçmaz, Siyəzən rayonlarının icra hakimiyyətləri başçılarının 1-ci müavinləri, DTX, hüquq-mühafizə orqanlarının nümayəndələri, din adamları və ictimaiyyət təmsilçiləri iştirak edib.


Quba İH başçısı Ziyəddin Əliyev müşavirəni giriş sözülə açaraq dini ekspetizmin milli təhlükəsizliyinə vura biləcəyi əngəllərdən danışıb və bunu yolverilməz adlandırıb. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyavuş Heydərov, Respublika prokurorluğunun nümayəndəsi Namiq Muradov, DİN-in əməkdaşı Oqtay Tağıyev məruzə və çıxışlarında Azərbaycanın milli təhlükəsizliyinin zəifləməsinə yönələn əsas hədəflərdən birinin dini ekstremizm olduğunu deyərək həlli yollarından danışıblar.

Bildirilib ki, dövlət orqanlarının və ictimaiyyətin üzərinə düşən əsas vəzifə gənclərin hərbi vətənpərvərlik tərbiyəsişinin səmərəsini artırmaq və gücləndirməkdir. Bu məqsədlə həm ailə, həm ictimaiyyət, təhsil müəssisələri və dövlət orqanları birgə iş aparmalıdır.

Çıxışlarda qeyd olunub ki, Suriyaya döyüşmək üçün gedən və həyatını itirən gənclərdən fərqli olaraq hərbi vətənpərvərlik yolunu seçən gənclərin üzərinə Vətənin müdafiəsinə qalxmaq və hətta bu yolda ölmək kimi şərəfli missiya düşür. Vurğulanıb ki,gəncləri dini ekstremizmdən yalnız hərbi vətənpərvərlik ruhunda yetişmələri və fəaliyyət göstərmələri xilas edə bilər. Bu istiqamətdə aparılan işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.