Artur Rəsizadənin yerinə kimi təyin edirlər? - Səbirli olun, az qalıb...
1-10-2015, 11:12
"Artur Rasi-zadə ilə bağlı hansı qərarın veriləcəyi şübhə doğurmur və çox güman ki, yaxın vaxtlarda onun yerinə yeni baş nazir təyin ediləcək". Bu sözləri DİA.AZ-a açıqlamasında vurğulayan hakimiyyət daxilindəki mötəbər mənbə maraqlı açıqlamalarda da bulunb.
Xəbəri dia.az-a verən qaynaq iddia edir ki, eyni zamanda, yeni baş nazirə geniş səlahiyyətlərin veriləcəyi, bəzi idarəetmə səlahiyyətlərinin əksəriyyətinin Nazirlər Kabinetinə həvalə olunacağı nəzərdə tutulub.
Mənbə bu barədə danışır: "Təbiidir ki, nəzərdə tutulan bu fövqəlsəlahiyyət bir çox məmurların həmin kresloya doğru həvəsini və cəhdlərini artırmış olub. Amma kimin baş nazir təyin olunacağını prezident müəyyən edir. Çünki yeni baş nazir daha çox səlahiyyət sahibi olması səbəbindən ən etibarlı fiqur kimi də etimad qazanmalıdır".
Dia.az-a danışan qaynağın iddialarına görə, həmin şəxsin kimliyi konkretləşməsə də, artıq prezidentin öz seçimini etməsi də aydınlaşıb: "Yaxın günlərdə ilginc gəlişmələrə şahidlik edəcəyik".