Cəbhə xəttində yeni hərəkətlənmə: Düşmən üzərinə ağır texnika cəlb olundu – DAHA BİR VİDEOFAKT

21-04-2015, 17:35           
Cəbhə xəttində yeni hərəkətlənmə: Düşmən üzərinə ağır texnika cəlb olundu – DAHA BİR VİDEOFAKT
Az əvvəl məlumat verərək bildirdik ki, cəbhə xəttində gərginlik müşahidə olunmaqdadır. Artıq savaşın qaçılmaz olduğu tam şübhəsizdir. Ermənilərin davamlı təxribat törətməsi, habelə intensiv şəkildə ordumuzun mövqelərini atəş altında saxlaması da savaşın – böyük hərbi əməliyyatların keçirilməsini yenidən zərurətə çevirib.

DİA.AZ olaraq az əvvəl Beyləqan sakini Ruslan Əliyevin yolladığı bir videomaterialı təqdim etdik.
[media=https://www.youtube.com/watch?v=_sJ4XpXw36o]
Həmin videomaterialdan da aydın olurdu ki, tanklarımız cəbhə xəttinə doğru hərəkət edir

Bu dəqiqələrdə isə redaksiyamıza Gəncə istiqamətindən hərbi texnikanın hərəkət etdiyi qeyd olunan videomaterial göndərilib. DİA.AZ bildirir ki, az əvvəl Tərtər istiqamətində ermənilərin ağır texnikadan istifadə edərək kəndlərimizi atəşə tutmaları ilə bağlı məlumat da yayılmışdı.
[media=https://www.youtube.com/watch?v=Fe_VbYKk3KI]
Görünəni odur ki, Azərbaycan tərəfi düşmənə dha sərt formada cavab verməyə hazırlaşır. Bir sözlə, savaş qapıdadır...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.