Sudanda silahlı gənclər şəhəri ələ keçiriblər

3-04-2025, 08:34           
Sudanda silahlı gənclər şəhəri ələ keçiriblər
Cənubi Sudanın şimalında, Yunitı ştatında silahlı gənclər Abiemnom şəhərini – eyni adlı rayonun inzibati mərkəzini ələ keçirib.
Bu barədə "Sudan Post" qəzeti məlumat yayıb.

“Şəhərə gənclərdən ibarət silahlı qruplar hücum edib və hazırda onların nəzarətindədir”, – deyə rayon rəhbəri Mario Deng Ayota bildirib.

Onun sözlərinə görə, qarşıdurmalar zamanı dörd nəfər həyatını itirib, altı nəfər isə yaralanıb.

Ayota əlavə edib ki, hücum edənlər talanla məşğuldurlar və bir neçə evi yandırıblar.

Nəşrin məlumatına görə, Abiemnom administrasiyası şəhəri tərk edərək meşə zonasına sığınmağa məcbur olub. Jurnalistlərin fikrincə, hücum edənlərin əsas məqsədi yerli sakinlərin mal-qarasını ələ keçirmək olub.

Sudanla sərhəddə yerləşən bu rayonun əhalisi təxminən 80 min nəfərdir və onların əksəriyyəti Abiemnom şəhərində yaşayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru